Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının iclası keçirilib
05.12.2014 [09:54]
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 7 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətləri araşdırıb.
Öncə Kürdəmir rayon İcra Hakimiyyətinin “brifinq.com” saytından şikayətinə baxılıb. Komissiya rəyə gəlib ki, sayt bu il oktyabrın 13-də “Kürdəmirdə dövlət bayrağı yandırılıb” sərlövhəli xəbərdə dəqiqləşdirmələr aparmadığından peşə etikasının həqiqətə xidmət prinsipinin tələblərini pozub. Digər KİV-lər də informasiyanı eyni tərzdə olduğu kimi yayımlamaqla həmin pozuntunu təkrarlayıblar. Komissiya üzvləri bunu və digər amilləri nəzərə alaraq “brifinq.com”a MŞ-nin xəbərdarlığının olunması razılığına gəliblər.
İclasda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyevin 2 KİV barədə müraciəti müzakirə olunub. Tərəf qəzeti İnformasiya Agentliyinin (teref.info) baş redaktoru Nurəddin Xoca komissiya üzvlərinin şikayət doğuran yazılarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə iradlarını qəbul edib. O, qarşı tərəfin təkzib tələbini yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri M.Quliyevin “mediaxeberleri.az” saytından şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. Komissiya bu KİV-in də etik prinsiplərin tələblərini gözləmədiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, saytın peşə etikasına etinasızlığı yalnız həmin materiallarla məhdudlaşmır. Gəncə Dövlət Universitetinin (GDU) “mediaxeberleri.az” haqqında şikayətində 5 konkret materialın adı çəkilir. Buna görə də, sayta Mətbuat Şurasının xəbərdarlığı elan edilməklə rəhbərliyinə KİV-in fəaliyyətində dönüş yaratmaq tövsiyə olunmalıdır. Rəy yekdilliklə qəbul edilib.
Gəncə Dövlət Universitetinin “Yeni xəbər” qəzetindən şikayətinin müzakirəsində bildirilib ki, sözügedən mətbu orqan material təqdim edərkən qarşı tərəfin fikrini öyrənməməklə, araşdırma aparmamaqla peşə davranışı qaydalarını pozub. Nəşrə gələcəkdə etik prinsiplərə sayğılı yanaşmaq, növbəti sayında tənqid obyektinin mövqeyini işıqlandırmaq tövsiyə olunub.
İclasda GDU-nun “xeberinfo.com” və “xeber-xetti.com” saytlarında gedən materiallarla bağlı şikayətinə də diqqət yetirilib. Komissiya üzvləri hər iki saytın peşə davranışı qaydalarının tələblərinə məsuliyyətlə yanaşmasının vacibliyini diqqətə çatdırıblar.
GDU-nun “demokratiya.biz” saytından narazılığındakı bir sıra məqamlara aydınlıq gətirilməsi üçün məsələnin Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılması məqsədəuyğun sayılıb.
MŞ-nin Şikayətlər üzrə komissiyası, həmçinin, Gəncə Dövlət Universitetinə mətbuatla əlaqə formalarını təkmilləşdirməyi tövsiyə edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

