/ / Dövlət Sərhəd Xidmətinin Ağstafada “Ağgöl” sərhəd komendantlığı və təlim mərkəzi istifadəyə verilib
Dövlət Sərhəd Xidmətinin Ağstafada “Ağgöl” sərhəd komendantlığı və təlim mərkəzi istifadəyə verilib
08.11.2014 [10:00]
Noyabrın 7-də Ağstafa rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin “Ağgöl” sərhəd komendantlığı və təlim mərkəzi xidməti-döyüş fəaliyyətinə başlayıb. AzərTAc xəbər verir ki, bu münasibətlə noyabrın 4-6-da xidməti ərazidə DSX-nin çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnika, artilleriya və zenit-raket komplekslərinin iştirakı ilə “Azərbaycan Respublikasının ərazisinə düşmənin terror-təxribat qruplarının hücumlarının qarşısının alınması və məhv edilməsi” adlı döyüş atışlı taktiki təlimlər keçirilib.
Təlimlərdə sərhəd dəstəsinin, komendantlığın, zastavanın və çevik hərəkət bölmələrinin şəxsi heyəti tərəfindən xüsusi xidmət şəraitində əməliyyat keçirilib və dövlət sərhədini pozmuş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçən şərti düşmənin canlı qüvvəsi və zirehli texnikası DSX aviasiya dəstəsinin döyüş helikopterlərinin atəşi ilə uzaq məsafədən məhv edilib. Şərti düşmənin dövlət sərhədini pozmuş ikinci terror-təxribat qrupu isə hərbi-desant helikopterlərindən endirilən çevik bölmələrin heyəti tərəfindən zərərsizləşdirilib. Sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Təlimlər prosesində zenit-artilleriya qurğularından, iriçaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyət tərəfindən yüksək intizam, peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib.
Bütün təlim tapşırıqları müvəffəqiyyətlə icra olunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyəti təbrik edib. Elçin Quliyev taktiki təlimlərin Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini şərəflə yerinə yetirməyə daim hazır olmalarını nümayiş etdirdiyini xüsusi vurğulayıb. Elçin Quliyev deyib ki, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın göstərişlərini icra etmək böyük şərəf və yüksək məsuliyyətdir. Bu gün yaşadığımız bu hisslərin özəyində möhtərəm Prezidentimizin Azərbaycan sərhədçilərinə böyük etimadı, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərdiyi ali diqqət və qayğı durur: “Hər bir Azərbaycan sərhədçisi bilir ki, Ulu öndər Heydər Əliyev 2002-ci ildə Dövlət Sərhəd Xidmətini yaradarkən qarşımızda beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, Xəzər dənizində neft-qaz hasilatı və daşınması infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr müəyyən etmişdi. Bu tapşırıqlar hər zaman tərəfimizdən böyük məsuliyyətlə icra edilmiş, mühüm hərbi potensial və şəxsi heyətin yüksək peşəkarlığı təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında müəyyən etdiyi döyüş hazırlığının yüksəldilməsi üzrə tapşırıqların icrası məqsədilə yeni hərbi hissələrin yaradılması və şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi üzrə tədbirlər uğurla davam etdirilir. Bu gün açılışını etdiyimiz yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması da məhz bu tədbirlərin tərkib hissəsidir”.
Daha sonra Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev vurğulayıb ki, əməliyyat şəraitinin gərginliyi və relyef quruluşuna görə çətin, ərazisinə və əhatə etdiyi sərhədyanı rayonların sayına görə Azərbaycan Respublikasının ən böyük hərbi hissələrindən biri olan Şəmkir sərhəd dəstəsi son illər ərzində böyük inkişaf yolu keçib, önəmli xidməti nəticələr əldə edib. Yeni sərhəd komendantlığının və təlim mərkəzinin xidməti istifadəyə verilməsi ilə sərhəd dəstəsi növbəti inkişaf mərhələsinə yüksəlir. “Təqdirəlayiqdir ki, son 3 gün ərzində hərbi hissənin xidməti ərazisində “Azərbaycan Respublikasının ərazisinə düşmənin terror-təxribat qruplarının hücumlarının qarşısının alınması və məhv edilməsi” mövzusunda çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnikanın, artilleriya və zenit-raket komplekslərinin iştirakı ilə keçirdiyimiz döyüş atışlı taktiki təlimlərdə şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, döyüş atışı vərdişləri təkmilləşdirilmişdir. Taktiki təlimlərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə hər birinizi təbrik edir, qazanılan təcrübənin döyüş hazırlığının yüksəlməsində vacibliyini xüsusi vurğulayıram! Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, hərbi qüdrətimizin artırılması, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində bu gün işğal altında olan torpaqlarımızın azad edilməsi üçün əlverişli şərait yaranmaqdadır və Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə daima hazırdır”, - deyə E.Quliyev qeyd edib.
Hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasına həsr olunmuş təntənəli mərasimdə hərbi hissə komandiri polkovnik S.Cəfərov sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyəti haqqında məruzə edib.
Mərasimdə çıxış edən general-polkovnik Elçin Quliyev hərbi hissədə aparılan tikinti-quruculuq işlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə tapşırığı əsasında həyata keçirildiyini və bunun sərhəd mühafizəsi infrastrukturunun gücləndirilməsi məsələlərinə ali diqqətin növbəti ifadəsi olduğunu bildirib.
Sonra taktiki təlimlər zamanı fərqlənən hərbi qulluqçular təltifləndirilib, şəxsi heyətə medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı yeni hərbi hissənin qərargah binasına, tibb məntəqəsinə, əsgər kazarmasına və yeməkxanasına, hamam-camaşırxana kompleksinə və anbarlara, avtomobil park kompleksinə, silah və texnikaya baxış keçirib, zabit və gizirlər üçün yaradılan xidməti və mənzil şəraiti ilə tanış olub. Bütün xidməti otaqlar və mənzillər zəruri mebel, məişət avadanlığı, müasir istilik sistemləri və texniki avadanlıqla təmin edilib.
Ümumi ərazisi 12,8 hektar, tikinti sahəsi 8,7 hektar olan hərbi hissədə 16 bina, o cümlədən 56 xidməti mənzil, qərargah binası, 300 yerlik əsgər kazarması, yeməkxana, hamam-camaşırxana kompleksi, təminat anbarları, tibb məntəqəsi, texniki binalar, idman şəhərciyi, futbol və mini-futbol meydançaları, 300 kubmetrlik içməli su anbarı və 200 kubmetrlik yanğına qarşı su anbarı inşa olunub.
Hərbi hissə ilə tanışlıqdan sonra mərasim iştirakçıları şəxsi heyətlə birgə nahar ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

