Mətbuat Şurasında Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş mərasim keçirilib
31.10.2014 [09:51]
Dünən Mətbuat Şurasında (MŞ) tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli poliqrafiyanın inkişafında müstəsna xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr edilmiş toplantı keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimdə yubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, Ş.Cəfərov 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr edib. Gördüyü işlər yubilyarı ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimi və qayğıkeş dost kimi tanıdıb. “Onun işinin ustadı kimi xarakterizə edən cəhətlərlə yanaşı, bilik və bacarığını bölüşmək həvəsi də xüsusi vurğulanmalıdır. Lakin Şəddat müəllimi bizim üçün doğmalaşdıran ən başlıca xüsusiyyət daim ictimaiyyətin, jurnalistlərin çevrəsində olması, bədii yaradıcılığa üstünlük verməsidir. İctimai məzmun daşıyan hekayələri günümüzün reallıqları ilə səsləşən hadisələr əsasında formalaşıb. Ümumən, Şəddat Cəfərov ömür yolu örnək kimi qəbul edilən qələm adamlarından, peşə sahiblərindəndir. Bu gün burada Şəddat müəllimin dostları, yaxınları toplaşıb. Elə bilirəm ki, onların hər birinin yubilyar haqqında deyiləcək sözü, bölüşəcək xatirəsi var”.
Ə.Amaşov, həmçinin, 75 illik yubileyi və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, respublikanın Əməkdar jurnalisti Yusif Kərimov məclisin ömrünü-gününü jurnalistika, mətbuatın inkişafına, ümumən, yaradıcılığa həsr etmiş adamlarla bağlı mərasimlərin təşkilinə önəm verdiyini vurğulayıb. Mövcud istiqamətdəki tədbirlərin veteran qələm sahiblərini yeni yaradıcılıq uğurlarına həvəsləndirmək, onların əməyinə dəyər vermək baxımından vacibliyini önə çəkib. O, yubilyarın fəaliyyətinin məxsusi tərəflərinə diqqət çəkib.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ş.Cəfərovla təmaslarındakı maraqlı məqamları diqqətə çatdırıb, yubilyarı peşəyə bağlılıq nümunəsi kimi xarakterizə edib. Belə adamların daim yada salınmasının, diqqətdə saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından əhəmiyyətinə toxunub.
Çıxış edənlərdən Xalq artisti Canəli Əkbərov, yubilyarın dostları Cümşüd İsgəndərov, Sevda Əlibəyli, Şakir Yaqubov, Fatma Həsənqızı, Maarif Teymurov, İsaq Əmənullayev, Oqtay Əliyev, Bəbir Hüseynov, Namazəli Mustafayev, Yasəmən Möhübbətqızı, Mehman Fərzullayev və başqaları Şəddat Cəfərovla bağlı xatirələrini bölüşüb, onun həyat yolunun spesifik cəhətlərindən söz açıblar.
“Azərbaycan” nəşriyyatının baş direktor müavini Allahverdi Məmmədov Ş.Cəfərovun uzun illər bu qurumdakı fəaliyyətindən danışıb, nəşriyyatın yubiley hədiyyəsini ona təqdim edib.
Mərasimdə Şəddat Cəfərovla bağlı sənədli film də nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35

