“Sələflər və xələflər” birinci beynəlxalq simpoziumunda maraqlı məruzələr dinlənilib
23.10.2014 [10:35]
AzərTAc xəbər verir ki, oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və tanınmış türkoloq, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu keçirilib. Tədbirdə Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev ölkəmizdə dilçiliyin inkişafına göstərilən dövlət qayğısından danışıb, tanınmış elm xadimlərinin yubileylərinin keçirilməsinin ənənə halını aldığını diqqətə çatdırıb.
Simpoziumda Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, İngiltərə və Bolqarıstan da daxil olmaqla, bir sıra xarici ölkələrdən nümayəndələr iştirak edirlər. Bölmə iclaslarında dilçiliyin müxtəlif sahələrini əhatə edən 90-dan artıq məruzənin dinləniləcəyi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın tanınmış alimləri ilə yanaşı, gənc nəslin nümayəndələri də elmi məruzələrlə çıxış edəcəklər.
Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, respublikamız müstəqilliyini bərpa edəndən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb. Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi üçün əlverişli zəmin yaranıb. Elm və texnikanın sürətlə inkişaf etdiyi qloballaşma dövrü ana dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəlməsini zəruri edir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan K.Abdullayev Əli bəy Hüseynzadə və akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyinin inkişafındakı xidmətlərini, sələflər və xələflər arasında əlaqələrin qurulmasında bu cür tədbirlərin rolunu qeyd edib.
Türkiyəli professorlar Şükrü Haluk Akalın və Zeynəb Korkmaz çıxış edərək bildiriblər ki, simpoziumun iki böyük şəxsiyyətin yubileylərinə həsr olunması onların xatirəsinə böyük ehtiramın təsdiqidir. Natiqlər Türkiyədə də yaxşı tanınan Əli bəy Hüseynzadə və akademik Məmmədağa Şirəliyevin türkologiya elminin inkişafı sahəsində fəaliyyətlərindən söz açıblar.
Bolqarıstanlı professor Zoya Barbolova ölkələrimizin elmlər akademiyaları arasında imzalanmış müqavilənin əhəmiyyətindən, akademik Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Sofiya Universitetində türk filologiyası kafedrasının rəhbəri kimi fəaliyyətindən danışıb. Z.Barbolova Azərbaycan və Bolqarıstan elmi əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə türkiyəli professorlar Həmzə Zülfikar, Mustafa Önər, Yavuz Akpinar, albaniyalı alim Spartak Kadiu, qazaxıstanlı professor Erden Kajıbek və başqaları çıxış edərək, dilçi-türkoloq alimlərin təcrübələrinin öyrənilməsi baxımından simpoziumun əhəmiyyətini vurğulayıblar. Natiqlər elmi əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu cür görüşlərin davamlı keçirilməsini arzulayıblar.
Sonra Dilçilik İnstitutunun təsis etdiyi akademik Məmmədağa Şirəliyev adına mükafatın təqdimat mərasimi keçirilib. Mükafatın ilk laureatları türkiyəli professor Zeynəb Korkmaz və akademik Kamal Abdullayev olublar.
Daha sonra “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu çərçivəsində akademik Məmmədağa Şirəliyevə həsr olunan plenar iclas keçirilib.
Akademik Tofiq Hacıyev və türkiyəli professor Şükrü Haluk Akalının həmsədrliyi ilə keçirilən iclasda türk dünyası alimlərinin məruzələri dinlənilib.
Tədbirdə professor Qəzənfər Paşayev “Türkologiya elmimizin bayraqdarı”, türkiyəli professorlar Mustafa Önər “Türk dünyası və türkologiya”, Ərtuğrul Yaman “Azərbaycanlı alimlərin Türkiyəyə təsirləri”, qazaxıstanlı professor Erden Kajıbek “Müasir türkologiyanın strateji mövzuları” adlı məruzələrlə çıxış ediblər.
Sonra simpozium işini bölmə iclasları ilə davam etdirib. “Türk dillərinin tarixi və dialektologiya məsələləri” və “Ümumi dilçilik məsələləri” bölmələrində Azərbaycan, Türkiyə və Çindən olan alimlərin məruzələri dinlənilərək müzakirə edilib.
Simpozium öz işini oktyabrın 24-də başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

