Qədim və müasir Naxçıvan yeni kitab-albomda
23.10.2014 [10:23]
Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, təqdimatlar, sərgilər davam etməkdədir. Keçirilən tədbirlər bizim bu qədim diyarı yaxından tanımağımıza, onu yenidən “kəşf” etməyimizə imkan yaradır. Bu təqdimatların hər birində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsindəki mühüm rolu xüsusi olaraq diqqətə çatdırılır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təqdim olunan “Naxçıvan Muxtar Respublikası-90” adlı kitab-albom da bu cəhətdən təqdirəlayiqdir.
AzərTAc xəbər verir ki, kitab-albom Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasına dair tədbirlər planına əsasən nəşr olunub.
Hökumət nümayəndələrinin, Mili Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Naxçıvanın muxtariyyəti asanlıqla qazanmadığına, çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə etdiyinə diqqət çəkib.
Vaqif Əliyev deyib: “Naxçıvanın bugünkü inkişaf səviyyəsinə çatması Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ona görə ki, Naxçıvan Azərbaycan xalqına dünya şöhrətli şəxsiyyət, Ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib”.
2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi böyük bir missiyanı yerinə yetirəcək ki, bu da qədim diyarın möhtəşəm tədbirlərin keçirildiyi məkanlardan birinə çevrildiyinə bariz nümunədir.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan Naxçıvan MR-in 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin bu qədim diyarın tarixinin öyrənilməsi, müasir inkişafının təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Naxçıvan Muxtar Respublikası-90” adlı kitab-albom bu silsiləyə böyük töhfədir”.
Şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyi bu qədim oğuz yurdu Naxçıvan bəşəriyyətin ilkin beşiklərindən hesab olunur deyə, sözə başlayan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib ki, buradakı tarixi məkanlardan tapılmış maddi-mədəniyyət nümunələri hər daşı tarixə çevrilən bu qədim Azərbaycan torpağının möhtəşəm keçmişindən xəbər verir.
Naxçıvanda 1200-dən çox tarixi abidə vardır ki, onlardan da 100-ü dünya əhəmiyyətlidir deyən akademikin sözlərinə görə oxucular yeni kitab-albomdan bu qədim diyarla bağlı zəngin məlumatlar əldə edə biləcəklər.
Ümummilli liderin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanda, eləcə də Naxçıvanda həyata keçirilən mühüm layihələrdən söz açan Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, bu gün Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir.
Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrü Ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu xəttin davam etdirilməsi blokada şəraitində yaşayan Naxçıvan MR-də dinamik inkişafı təmin edib.
Minilliklərdən boylanan Naxçıvanın tarixi və mədəniyyət abidələri, turizm potensialı, müasir inkişafı, ecazkar təbiətinin əks olunduğu yeni nəşrlə bağlı fikirlərini bölüşən digər natiqlər bu kitab-albomun xarici dillərə tərcümə olunaraq səfirliklərimizə göndərilməsini tövsiyə ediblər.
Təqdimat iştirakçıları sonda “Naxçıvan Muxtar Respublikası-90” kitab sərgisi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

