/ / “Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib
“Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib
11.10.2014 [11:05]
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.
Müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərin şagirdlərinə 5 min “Eko gündəlik” paylanılıb və onlardan 3050-si doldurularaq təşkilatçıya təqdim olunub. Bunların arasından 20 finalçı seçilib.
Mərasimdə çıxış edən Leyla Əliyeva qalibləri təbrik edib. Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, IDEA kampaniyasında çoxlu sayda gəncin iştirakı və ekoloji problemlərə kifayət qədər diqqət yetirilməsi sevindirici haldır. Bir çox uğurlu layihələrin reallaşdırılması, gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də planetimizin flora və faunasında nəsli kəsilməkdə olan canlıların qorunması ilə bağlı IDEA-nın çox uğurlu işlər gördüyünü deyən Leyla Əliyeva kampaniya üçün “Bir planet - bir gələcək” şüarının seçilməsinin təsadüfi olmadığını bildirib. Leyla Əliyeva kampaniya çərçivəsində ekoloji sahədə vacib addımlar atıldığını, 3 milyondan çox ağacın əkildiyini vurğulayıb.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək layihənin uğurlu və davamlı olmasını arzulayıb. O, Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
UNICEF-in Bakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət dəyərləndirdiyini qeyd edib.
Digər çıxış edənlər 2008-ci ildən keçirilən “Eko Rəsm Gündəliyi” Beynəlxalq müsabiqəsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, layihə məktəblilərin ekologiya sahəsində biliklərinin artırılması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi baxımından uğurlu addımdır.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadəni təbrik edərək, ona diplom və hədiyyələr təqdim edib.
Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
“Eko Rəsm Gündəliyi-2014” müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə edib, problemin həllinə dair təkliflər irəli sürüblər.
Tədbirdə müsabiqə ilə bağlı videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

