SOCAR-AQŞ-də tələbələr üçün “Yay təcrübəsi proqramı” uğurla başa çatıb
19.09.2014 [09:49]
Proqram tələbələrin qazma sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılmasına dəstək verir
Artıq bir neçə ildir ki, SOCAR-AQŞ Azərbaycanın müxtəlif ali məktəblərində neft-qaz qurğuları, qazma, geofizika, geologiya, idarəetmə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, ekologiya, energetika və digər aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Proqramın tətbiq olunmasında əsas məqsəd neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmaqdan ibarətdir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavr pilləsinin əsasən 3 və 4-cü kurslarını və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər.
Qeyd edək ki, Yay təcrübəsi tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edir. Bu il daxil olan müraciətlərə əsasən ilkin seçim mərhələsindən, həmçinin, test və müsahibə mərhələlərindən uğurla keçmiş 9 tələbə SOCAR-AQŞ-də 2 aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb. Bu müddət ərzində tələbələr ixtisaslarına uyğun olaraq müəssisənin müxtəlif struktur bölmələrində çalışaraq praktiki təcrübə toplayıblar.
Proqramı uğurla başa vuran tələbələrdən biri də hazırda Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz istehsalının maşın və avadanlıqları ixtisası üzrə magistr pilləsində təhsil alan Xaliq Məmmədovdur. SOCAR-AQŞ-nin elan etdiyi “Yay təcrübəsi proqramı” haqqında akademiyanın elan lövhələrindən xəbər tutan Xaliq qatıldığı proqramdan məmnunluğunu ifadə edir: “Bu yay tətilini çox səmərəli keçirdim. Öz ixtisasım üzrə təcrübə keçməyim gələcək planlarımla bağlı olan tərəddüdlərimi yox etdi. SOCAR-AQŞ-də Texniki Xidmət və Qurğular şöbəsində avadanlıqlar üçün nəzərdə tutulan texniki xidmət təlimatı və prosedurlarla yaxından tanış oldum. 2 aylıq təcrübə müddətində mən nisbətən çətin çertyojları daha rahat oxumağı bacardım. Müəssisənin aldığı avadanlıqlar arasında həlqəvi preventorların iş üsulu məni daha çox maraqlandırdı. İstərdim ki, kurs işlərimin birini həlqəvi prevontorlarla bağlı hazırlayım”.
Müəssisənin Qazma mühəndisliyi şöbəsində təcrübə keçən Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri Səbuhi Həsənzadə və Tural Xanəhmədov da istehsalat təcrübəsinin əhəmiyyətindən danışıblar. “Baxmayaraq ki, biz əvvəllər bir neçə təlimdə iştirak etmişik, amma təcrübədə əldə edilən biliyin rolu danılmazdır. Biz burada qazma proqramı, qazma prosesi, atqıya qarşı avadanlıq, qaldırma, fırlanma, sirkulyasiya sistemləri haqqında əyani biliklər əldə etdik. Təqdirəlayiq hal ondan ibarətdir ki, biz müəssisənin peşəkar texniki heyəti ilə tez-tez qazma mühəndisliyinə dair ən son yenilikləri bölüşür və maraqlı fikir mübadiləsi aparırdıq. Biz müəssisənin mehriban kollektivindən və bizə yaradılan iş şəratindən çox razıyıq”.
SOCAR-AQŞ-də Texniki Xidmət və Qurğular Şöbəsinin müdiri Nazim Rəhimov da, öz növbəsində, istehsalat təcrübəsi keçən tələbələrdən razılığını bildirib: “Qabaqcıl qazma texnologiyalarından və müasir idarəetmə üsullarından istifadə etməklə təhlükəsiz və keyfiyyətli qazma işləri aparan, neft və qaz quyularını ən qabaqcıl beynəlxalq standartlara uyğun tikərək sifarişçi təşkilata təhvil verən və milli qazma sənayesi tarixində şanlı səhifələr yazan SOCAR-AQŞ bir müəssisə kimi tələbələr və gənc kadrlar üçün çox cəlbedici qurumdur. İlk milli müəssisə olaraq, “Günəşli” yatağının dayazsulu hissəsində, 13 saylı DDSÖ-dən 350 saylı horizontal quyunun tikintisi işlərini məhz bizim müəssisə həyata keçirib. Ona görə də bu müəssisədə təcrübə keçmək hər bir tələbənin karyerası üçün çox önəmlidir. Tövsiyəm budur ki, tələbələr onlara yaradılan bu şəraitdən hərtərəfli yararlanmağa çalışsınlar. Təcrübə müddətində tələbələrin buradakı peşəkar kadrlardan öyrənəcəyi çox mühüm məsələlər var. Eyni zamanda, bizim tələbələrdən də böyük gözləntilərimiz var. SOCAR-AQŞ təşəbbüskar və yeni təkliflərlə çıxış edən gənc kadrlara böyük önəm verir”.
Qeyd edək ki, müəssisə rəhbərliyi “Yay təcrübəsi proqramı”na xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc milli kadrların yetişdirilməsi üçün lazımi şəraiti yaradıb. Proqramın sonunda tələbələr fərdi və qrup şəklində onlara həvalə olunmuş müxtəlif layihələr üzrə təqdimatlar hazırlayaraq müəssisə rəhbərliyinə təqdim ediblər. “Yay təcrübəsi proqramı”nı uğurla bitirən tələbələr müəssisə tərəfindən sertifikatla təltif olunublar.
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52

