Binəqədi rayonu da yeni tədris ilinə uğurlarla qədəm qoyub
18.09.2014 [09:56]
Rayonda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib
Ölkənin hər yerində olduğu kimi, Bakının Binəqədi rayonunda da yeni tədris ilinə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Bunu sözügedən sahədə atılan addımlar və keçirilən silsilə tədbirlər də təsdiqləyir. Belə ki, rayonda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, rayon hüquq-mühafizə orqanlarının, icra strukturlarının və tədris müəssisələrinin rəhbərləri, həmçinin, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və qonaqlar öncə Ulu öndər Heydər Əliyevin Binəqədi rayon İcra Hakimiyyətinin binasındakı büstü önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Şura iclasını giriş nitqi ilə açan Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu siyasətdən danışıb. O, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatların, ilk növbədə, ölkəmizin xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırıb.
Sonra Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova “Binəqədi rayonunda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir 18 saylı Bakı Peşə Liseyinin direktoru Rəhim Ağamalıyev, 284 saylı tam orta məktəbin ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzunu Elnarə Rüstəmzadə, həmçinin, 126 saylı tam orta məktəbi qızıl medalla bitirmiş və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzun Rasim Həsənzadənin çıxışları ilə davam edib.
Öz növbəsində, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında hazırda ölkəmizdə dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib.
Tədbirin sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.
Sentyabrın 15-də isə rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib. 182 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində iştirak edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdıran natiq ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 75 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğulayıb. A.Əliyeva bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib. Prezident İlham Əliyevin iştirakı ilə 182 saylı tam orta məktəb binasının yeni korpusunun açılışının rayon təhsil işçiləri və məktəbliləri üçün əlamətdar hadisə kimi yadda qaldığını diqqətə çatdıran RİH başçısının müavini “təhsil sahəsində şahidi olduğumuz nailiyyətlər dövlətimizin başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlanır”, - deyib.
Mərasimdən sonra Aygün Əliyeva birincilərin ilk dərsinin gedişi ilə tanış olub. Tədbirin sonunda rayon sakini olan bir qrup aztəminatlı ailələrdən olan şagirdlərə məktəbli forması, çanta və məktəb ləvazimatları paylanıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

