Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dili tədris olunur
16.09.2014 [09:38]
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs tələbələri ilə görüş keçirilib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildiriblər ki, “Bilik Günü”nə həsr olunan görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib.
ADU-ya bu il qəbul olunan tələbələrə uğurlar arzulayan rektor “Bilik Günü”nün ölkəmizdə şərəfli bir gün kimi qeyd olunduğunu vurğulayıb. S.Seyidov Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin təhsilə, gənclərə xüsusi qayğısı nəticəsində Azərbaycan təhsil sisteminin ilbəil inkişaf etdiyini, ölkəmizin ali təhsil müəssisələrinin yüksək səviyyəli mütəxəssislər hazırladığını, azərbaycanlı gənclərin təhsillərini davam etdirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərildiyini söyləyib.
Rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, universitetdəki fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirib ki, ADU-da dünyanın 20-dən çox aparıcı dili tədris olunur, müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu gün 6000-dən çox istedadlı tələbənin təhsil aldığı Azərbaycan Dillər Universiteti mədəniyyət mərkəzinə çevrilmiş ali məktəbdir. 2014/2015-ci tədris ilində ADU-ya təxminən 1665 tələbə qəbul olunub. Onların 1465-i təhsilin bakalavriat , 200-ü isə magistratura pilləsində oxuyacaq.
Təhsillə elmin yanaşı addımladığını qeyd edən rektor ADU-da ən səviyyəli professor-müəllim heyətinin çalışdığını bildirib. Tələbələrə peşəkarların biliklərindən yararlanmağı, fəal olmağı, elmi məqalələr yazmağı tövsiyə edib.
S.Seyidov ADU-da aparılan islahatlardan, tələbələrin beynəlxalq tədbirlərdə iştirakından, dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmələrindən də söz açıb.
Tədbirdə çıxış edən valideyn və tələbələr yüksək keyfiyyətli təhsil üçün ADU-da yaradılan hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Cavanşir Feyziyev, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov ADU-nun fəaliyyətini yüksək qiymətləndirib, birinci kurs tələbələrini təbrik ediblər.
Sonra S.Seyidov prorektorları, dekanları və kafedra müdirlərini tələbələrə təqdim edib.
Daha sonra universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları, həmçinin qiymətli hədiyyələr təqdim olunub.
Görüş ADU-nun himninin səslənməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

