Çaylarda sululuq normadan çox aşağıdır
20.08.2014 [09:40]
Asif Verdiyev: Buna səbəb isə bu ilin yay aylarında havanın isti və yağmursuz keçməsidir
Bu il yağıntının olmaması ilə əlaqədar Azərbaycanın bəzi çaylarının məcralarında quruma prosesi müşahidə edilir. Bunu qəzetimizə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Baş hidroloq bildirib ki, bu ilin yay aylarında havanın isti və yağmursuz keçməsi bəzi bölgələrdə - konkret desək, İsmayıllı, Qəbələ, Ağsu və Şamaxının bir çox dağ çaylarının qurumasına səbəb olub: “Xırda çaylarla yanaşı, Ağsu və Girdiman çaylarının da bu il ilk dəfədir ki, quruması halına rast gəlinib. Ağsu və Kürdəmirdə 30-dan çox kəndin su mənbəyi olan bu çayların quruması kənd təsərrüfatına təsirsiz ötüşmür. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu il həm gursululuq dövründə, həm yay aylarında respublika çaylarında sululuğun normadan az olması ilə bağlı artıq mart ayının sonunda məlumat verilmişdi. Çünki bu ilin mart ayında dağlıq ərazilərdə qar ehtiyatı normadan az olmuşdu. Biz bununla bağlı hər il müşahidələr aparırıq. Bu il də mart ayının sonunda gursululuq dövrünün proqnozu da veriləndə qeyd etmişdik ki, 2014-cü ilin gursululuq dövründə çaylarda sululuğun normadan az olacağı gözlənilir. O ki qaldı yay dövründə, bəzi çaylar var ki, havalar isti keçəndə onlarda quruma prosesi baş verir. Buna yağmursuz hava şəraiti, yüksək temperatur səbəb olur ki, nəticədə çaylarda buxarlanma prosesi baş verir, çaylar quruyur”.
Baş hidroloq onu da qeyd edib ki, bu ilin iyul ayında Qəbələ, İsmayıllı, hətta Oğuz rayonlarına düşən yağıntı normadan dəfələrlə aşağı olub: “Avqustun ilk on günlüyündə, demək olar ki, yağıntı düşməyib. Havalar isti keçir, çaylarda buxarlanma prosesi gedir deyə, yağış suyu ilə qidalanan bəzi çaylarda quruma prosesi baş verir. Qəbələ, İsmayıllı ərazisinə axan Tikanlıçay, Türyançay, Həmzəliçay, Dəmiraparançay, Vandalçay, Girdimançay və başqalarında quruma baş verib. Ancaq onlar arasında elə çaylar var ki, yuxarı hissələri axıntılıdır. Sadəcə olaraq, su aşağı hissələrinə gəlib çata bilmir. Ümumiyyətlə, götürəndə, bu il çayların azsulu dövrüdür. Əvvəlki illərlə müqayisədə bu il çaylarda sululuq haradasa 4-5 dəfə azdır”.
A.Verdiyevin sözlərinə görə, çayların yuxarı mənbələrində su olsa da, aşağı hissələrində sadalanan amillərlə əlaqədar quruma baş verir: “İyulda Qəbələ, İsmayıllı bölgəsindən axan çaylarda suyun səviyyəsi kəskin aşağı düşmüşdü. Hətta bəzi çaylarda quruma prosesi müşahidə olunub. Əvvəlki illərə baxdıqda görmək olur ki, bu, qeyri-adi hal deyil. Əvvəlki illərdə də belə proses müşahidə edilib”.
Baş hidroloq deyib ki, əgər intensiv leysan yağışlar gözlənilərsə, suyu azalan və ya quruyan çaylardan sel keçmə ehtimalı var: “Payızda respublikanın dağ, o cümlədən, Böyük Qafqazın cənub yamac çaylarında - Dəmiraparançay, Girdimançay, Göyçay, Türyançay, Balakən-Şəki bölgəsindəki Kişçay, Şinçay, Balakənçay, Talaçay, Lənkəran-Astara bölgəsindəki Lənkərançay, Viləşçayda qısamüddətli daşqın və sellər baş verir. Bu il də istisna edilmir ki, adları qeyd olunan çaylarda qısamüddətli daşqın və sellər baş versin”.
Kür çayına gəldikdə, A.Verdiyev bildirib ki, Kür çayının Böyük Qafqazın cənub yamacından keçən qolunda da daşqınların keçmə ehtimalı var. Amma bunun Kür çayına elə ciddi təsiri gözlənilmir: “Ümumilikdə, Kür çayında ən çox sululuq aprel-may-iyun aylarında müşahidə edilib. Həmin müddətdə Kür çayında yüksək sululuq, səviyyənin kəskin artımı və subasma hallarının baş verməsi qeydə alınıb. Amma Kür çayında hazırkı sululuq yaz dövrü ilə müqayisədə çox aşağıdır. Bu da imkan vermir ki, Kür çayında baş vermiş subasma halları payız aylarında yenidən təkrarlansın”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

