/ / Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib
14.08.2014 [09:38]
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 200 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsi istifadəyə verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, yeni məhəllə bütövlükdə 500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunur.
Həmin ərazidə ilkin mərhələdə 200 ailə üçün məhəllənin tikintisi başa çatdırılıb və Dövlətqaçqınkom tərəfindən həmin məhəlləyə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılıb.
Ümumilikdə, 10 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində müasir standartlara tam cavab verən 220 yerlik məktəb binası da tikilib. Yeni yaşayış məhəlləsi elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz edilib.
Məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını vurğulayıblar.
Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilən Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkünlərin məşğulluq və digər sosial problemlərinin həlli, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib və işlər bu gün də uğurla davam etdirilir.
Müxtəlif ərazilərdə bütün sosial-texniki infrastruktura malik yeni qəsəbələr salınıb, çoxmərtəbəli yaşayış binaları tikilərək istifadəyə verilib. Bunlar bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi məsələlərdəndir.
Ümumilikdə yeni qəsəbələrin salınması, paytaxtdakı yataqxanalarda yaşayan məcburi köçkünlər üçün çoxmərtəbəli binalar kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadratmetr sahədə 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb və 42 min ailənin və ya 210 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

