/ / Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi dövlətimizin başçısının Azərbaycan gənclərinə qayğısının məntiqi nəticəsidir
Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi dövlətimizin başçısının Azərbaycan gənclərinə qayğısının məntiqi nəticəsidir
12.08.2014 [09:48]
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Xaçmaz və Qusar rayonlarının məktəbliləri turun ikinci günündə bu qədim şəhərlə tanışlığa Nizami Gəncəvinin məqbərəsini ziyarətlə başlayıblar.
AzərTAc xəbər verir ki, burada dahi şairin yaradıcılığının daha dərindən öyrənilməsi və tədqiq olunması ilə bağlı Gəncədə həyata keçirilən tədbirlər barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, böyük mütəfəkkirin 870 illik yubileyi ərəfəsində məqbərə ətrafında yenidənqurma işləri aparılıb, qarşısında Nizami muzeyi inşa edilib. Dünyanın müxtəlif ölkələrinin arxiv və kitabxanalarında saxlanan əlyazmalarının surəti onun vətəninə gətirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Şairin “Xəmsə”sinə daxil olan əsərlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş Türkiyə Respublikasında nəfis şəkildə nəşr etdirilib. Bundan əlavə, şəhərə giriş qapısından Gəncəyədək olan magistral yol boyu şairin əsərlərini əks etdirən kitabələr inşa edilib.
Şagirdlər məqbərəni ziyarət edərək, dahi şairin məzarı üzərinə gül dəstələri düzüblər.
Qusar şəhərindəki 1 nömrəli məktəbin XI sinif şagirdi Lalə Ağadadaşova təəssüratlarını belə ifadə edib: “Özümü son dərəcə xoşbəxt hesab edirəm. Çünki böyük Nizami Gəncəvinin məqbərəsini ziyarət etdim və gördüm ki, həmyerliləri ona necə böyük məhəbbət bəsləyirlər. Bütün bunlar mənə imkan verəcək ki, yeni dərs ili başlayanda təəssüratlarımı sinif yoldaşlarımla bölüşüm”.
Məqbərənin ziyarətindən sonra Gəncənin Qala qapıları arxeologiya və etnoqrafiya muzeyinə gələn Xaçmaz və Qusar şagirdlərinə 4 min il yaşı olan Gəncənin tarixi ilə bağlı ətraflı məlumat verilib. Şagirdlər Azərbaycanın bu qədim şəhərinin tarixi ilə bağlı dəyərli eksponatlara baxıblar. Onları maraqlandıran suallar cavablandırılıb.
Tur-aksiya çərçivəsində iştirakçılar İmamzadə ziyarətgahında, Cavad xan türbəsində, Şah Abbas məscidində, Çökək hamam tarixi memarlıq abidəsində olublar və bu abidələr haqqında ətraflı məlumat əldə ediblər.
Gəncəlilərin ən çox sevdikləri və istirahət etdikləri Xan bağı da qonaqlarda xoş təəssürat oyadıb. Onlar burada həmyaşıdları ilə söhbət edərək özlərinə çoxlu dostlar tapıblar. 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilən Gəncənin gənclərini təbrik edən Xaçmaz və Qusar məktəbliləri bu qələbəni dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi qayğının məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Qrupun rəhbəri, Qusar rayon Təhsil Şöbəsinin metodisti Kamran Tahirov ürək sözlərini belə ifadə edib: “Uşaqların bu sevincini başa düşmək olar. Çünki onların əksəriyyəti indiyədək yaşadığı rayondan kənara çıxmayıb. İndi Gəncə ilə tanışlıq bu uşaqları sevindirir. Həm də onlar bu qədim diyarın tarixini öyrənməklə yanaşı, özlərinə çoxlu dost da tapdılar. Bu imkanı onlara Prezidentimiz İlham Əliyev yaradıb. Buna görə dövlətimizin başçısına tur-aksiyanın iştirakçıları adından minnətdarlığımı bildirirəm”.
Avqustun 12-də Xaçmaz və Qusar məktəbliləri Şəmkir və Göygöl rayonlarına ekskursiya edəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

