700 bal toplayan abituriyentlərin sirri...
22.07.2014 [09:27]
Dövlətin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
Məlum olduğu kimi, iyulun 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanının nəticələri barədə açıqlamasına görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 28962 (21835 nəfər I qrup üzrə, 7127 nəfər IV qrup üzrə) abituriyentdən 27735 nəfəri imtahanda iştirak edib. I ixtisas qrupu üzrə 12319, IV ixtisas qrupu üzrə 3022 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. Həmçinin, I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
I ixtisas qrupu üzrə imtahandan 700 bal toplayan Könül Qurbanlı Bakı şəhəri 289 saylı orta məktəb - “Zəngi” liseyinin məzunudur. Sınaq imtahanlarında daim yüksək nəticələr göstərən Könül imtahanda 700 bal toplayacağına qabaqcadan inandığını deyib. Hansı ixtisası seçəcəyini hələ dəqiqləşdirmədiyini söyləyən Könül ali məktəblərdən Azərbaycan Diplomatik Akademiyası, Bakı Ali Neft Məktəbi və Qafqaz Universiteti arasında seçim etmək niyyətində olduğunu bildirib.
Könül hazırlıq müddətində valideynlərinin ona mənəvi cəhətdən də dəstək olduqlarını bildirib: “Mənə daim psixoloji dəstək olan valideynlərim hər zaman deyirdilər ki, narahat olmayım. Onlar yüksək bal toplayacağıma əmin idilər və məni də buna inandıraraq həyəcanlanmağa qoymurdular”.
Könülün də dediyi kimi, anası Sevda Qurbanlı və atası Yusif Qurbanlı onun uğuruna çox sevinir, onunla fəxr edirlər.
Həmçinin, Könül imtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm çalışmağı məsləhət görüb: “Müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Ən əsası isə, məktəb illərində yaxşı oxuyaraq təməli möhkəm qoymaq lazımdır ki, sonrakı hazırlıq dövrü daha asan olsun”.
“Zəngi” liseyinin direktoru Mirhəsən Cavadov isə Könül Qurbanlının məsuliyyətli, çalışan şagird olduğunu deyib: “Biz onun maksimum nəticə göstərəcəyinə əmin idik. Könül Qurbanlının adını qızıl medal alması üçün də təqdim etmişik və bununla əlaqədar Təhsil Nazirliyinə yazdığım məktubda da onun 700 bal toplayacağına inandığımızı bildirmişəm. Qeyd etdiyim kimi, Könülün ən yüksək nəticəni toplayacağına şübhəm yox idi. Çünki o, dərslərində nizam-intizamlı, çalışqan şagird kimi özünü göstərib. Həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında 684 və 687 bal toplamışdı, cəmi 1-2 suala cavab verməmişdi. Qəbul imtahanına qədər isə müəllimləri bütün test tapşırıqlarını yerinə yetirməsi üçün onunla bir qədər də çox çalışdılar. Biz onu 700 bala hazırlayırdıq. Çox sevinirik ki, nəticə də gözəl oldu, Könül hamının ümidlərini doğrultdu”.
M.Cavadov onu da bildirib ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır.
Eltun İbrahimov da I qrup üzrə keçirilən imtahanda 700 bal toplayan abituriyentlərdəndir. O, Kimya-biologiya təmayüllü liseyin Azərbaycan bölməsinin məzunudur. Ağdamın Ağdamkənd kəndindən məcburi köçkün ailəsinin üzvü olan Eltun daim dərslərinə məsuliyyətlə yanaşıb, ciddi hazırlaşıb və maksimal nəticəyə nail olub. Eltun Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasını seçməyi düşünür.
O, qəbul imtahanlarına hazırlaşan abituriyentlərə də məsləhətini ünvanlayıb: “Abituriyentlər özlərinə inansınlar, müəllimlərinin, valideynlərinin sözlərinə qulaq assınlar”.
Övladlarının uğuruna sevinən Eltunun valideynləri Nazim İbrahimov və Natella İbrahimova da onun uşaq vaxtlarından təhsilə böyük maraq göstərdiyini, dərslərinə həvəslə hazırlaşdığını deyiblər.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10

