/ / Qubadlılılar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyirlər
Qubadlılılar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasətini dəstəkləyirlər
19.07.2014 [11:10]
İyulun 17-də Sumqayıtda yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirilib.
Tədbirdə bu ilin ötən 6 ayında həyata keçirilən tədbirlər məcburi köçkün əhalinin kommunal şəraitinin yaxşılaşdırılmasını, təhsil, səhiyyə, mədəniyyət və sosial sferada inkişafın daha geniş vüsət almasını, yeni iş yerlərinin açılmasını və digər sahələri əhatə edib. Məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə onların üzləşdikləri problemlərin aradan qaldırılması, onların dövlət tərəfindən verilən imtiyazlardan tam istifadə etmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.
Məlumat verilib ki, hesabat dövründə 213 ailənin mənzil-məişət şəraitinin qismən də olsa yaxşılaşdırılmasına nail olunub. Sumqayıtda 118 ailənin məskunlaşdığı “Şəfa” sanatoriyasının və 42-ci məhəllədə 79 ailənin məskunlaşdığı 10 nömrəli peşə liseyinin ümumi istifadə sahələrində Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən əsaslı təmir işləri aparılıb.
Yığıncaqda qeyd edilib ki, rayon icra hakimiyyəti tərəfindən Sumqayıtda məskunlaşan 7 ailənin mənzilinin, kompressor zavodu ərazisində yerləşən Xələc kənd tam orta məktəbinin binasının dam örtüyü təmir edilib. Mənzil şəraiti çox ağır olan 3 ailə “Şəfa” sanatoriyasında mənzillə təmin olunub, 3 ailəyə müxtəlif tikinti materialları, 1 şəhid ailəsinə fərdi mənzilinin tikintisini başa çatdırması üçün 1500 manat pul vəsaiti ilə köməklik edilib, 2 məcburi köçkün ailəsinin mənzillərində təmir işləri görülüb.
Məşğulluq məsələləri bu ilin ilk yarısında da diqqət mərkəzində olub. Hazırda rayon üzrə əmək ehtiyatlarının cəmi 18969, iqtisadiyyatla məşğul olanların sayı isə 10748 nəfərdir.
Hesabat dövründə rayonun idarə, müəssisə və təşkilatlarında iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilib. Hazırda “İnşaatçılar” qəsəbəsindəki ikimərtəbəli ictimai bina əsaslı təmir edilərək yenidən qurulur. Burada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri üçün normal iş şəraiti yaradılacaq. Həmçinin, binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyekti də tikilir.
İlin birinci yarısında rayon əhalisinin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılıb. Şəhid ailələrinə 6310 kiloqram un, 1262 kiloqram düyü, 1262 kiloqram şəkər tozu, 126 kiloqram çay, 1262 litr bitki yağı yardım edilib. Digər kateqoriyadan olan aztəminatlı ailələrə 4951 manatlıq sənaye malı paylanıb. Yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı ayrı-ayrı məcburi köçkünlərə rayon İcra Hakimiyyəti tərəfindən 45 min manat vəsait ödənilib.
Diqqətə çatdırılıb ki, rayonda əlil uşaqlara, belə uşağı olan ailələrə xüsusi diqqət göstərilir. Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində yataq xəstəsi olan 18 əlil uşağa 900 manat məbləğində pul vəsaiti ilə köməklik edilib. Həmin uşaqların fərdi qaydada tikilmiş geyimlə təmin edilməsi və onların ailələrinə yardım göstərilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında qaldırılmış məsələyə də bu qurum tərəfindən müsbət yanaşılıb.
İclasda çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətin daxili və xarici siyasətinin rayon əhalisi tərəfindən dəstəkləndiyini bildiriblər.
Vurğulanıb ki, daim dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev ideallarına sədaqətli olan rayonun əhalisi qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfəsini verəcəklər.
Tədbirdə müzakirə edilən məsələ ilə bağlı qərar qəbul olunub.
İclasın sonunda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyun tarixli Sərəncamı əsasında “Tərəqqi” medalı ilə təltif edilmiş Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Qəndili Allahverdiyevaya həmin mükafat təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

