“Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində növbəti tədbir keçirilib
09.07.2014 [10:37]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində 15 “Gənclər Evi”ndən olan qrup rəhbərləri üçün təlim keçirilib. Tədbirdə Bakı şəhərinin Suraxanı, Sabunçu və Xəzər rayonlarının, eləcə də, Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba və Lənkəranın gənclər evləri təmsil olunub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqram çərçivəsində keçirilən təlim zamanı ekspertlər tərəfindən iştirakçılara “Könüllülük nədir?”, “Könüllülük fəlsəfəsi və beynəlxalq könüllülük proqramları”, “Könüllülərlə işin psixoloji aspektləri”, “İdarəetmə” mövzuları üzrə təlimlər keçirilib və bu sahədə beynəlxalq təcrübə haqqında məlumat verilib. Daha sonra iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, “Azərbaycan Könüllülük Xidməti” proqramının əsas məqsədi ölkədə könüllü hərəkatına təkan vermək, həmçinin, könüllülərin inkişafı və onların idarə edilməsinə, ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir. Proqram iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 “Gənclər Evi”ni və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması planlaşdırılır.
“Azərbaycan Könüllülük Xidməti”nin həyata keçirilməsində “Avropa Könüllülük Xidməti”nin təcrübəsindən istifadə olunur. Xatırladaq ki, 2013-cü ilin may ayında ARGTMŞ Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatını alıb. Eyni zamanda, 2013-cü ildə ARGTMŞ tərəfindən Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 10 gənclər təşkilatına Milli Akkreditasiya Sertifikatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

