Daşkəsəndə 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14.06.2014 [10:26]
Daşkəsən rayonunda 15 İyun - Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd edilib. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, bir sözlə, bütün yaşayış məntəqələrində toplantılar, “dəyirmi masalar” keçirilib, ümumtəhsil məktəblərindən şagird və müəllim kollektivlərinin rayonun Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Yaşayış məntəqələrinin hər birində bu əlamətdar gün münasibətilə iməciliklər keçirilib, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması işləri aparılıb.
Növbəti tədbirlər isə dünən baş tutub. Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, Heydər Əliyev Mərkəzində olublar.
Daha sonra “Yeni həyat” sarayında keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, 1991-ci il oktyabr ayının 18-də Azərbaycan özünün dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Lakin bu müstəqilliyi, azadlığı daxili və xarici düşmənlərimiz hər vasitə ilə boğmağa, müstəqil Azərbaycan Respublikasını iflic vəziyyətə salmağa çalışırdılar: “Bir tərəfdən Dağlıq Qarabağ müharibəsi, digər tərəfdən daxildəki özbaşınalıqlar, mövcud siyasi qarşıdurmalar ölkədə müstəqilliyi günbəgün məhvə aparırdı. Belə bir məqamda Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli xahiş və tələbindən sonra Bakıya gəldi. Ulu öndər öz çıxışında sonralar belə qeyd edirdi: “Müstəqilliyi elan etmək asan, ancaq onu qorumaq olduqca çətindir. Mən bir vətəndaş kimi də, Prezident kimi də Azərbaycan dövlətinin keşiyində durmuşam, duracağam. Bu yolda hər gün, hər an şəhid olmağa hazıram”.
Əhəd Abıyev deyib ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirməsi xalqımıza, ölkəmizin müstəqilliyinə yeni-yeni nailiyyətlər bəxş edib. Azərbaycan təkcə regionun deyil, eləcə də dünyanın lider dövlətləri sırasına çıxıb.
Ümumrayon tədbiri rayonun tanınmış incəsənət ustalarının musiqi nömrələri ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

