Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə layihəsinin təqdimatı keçirilib
06.06.2014 [09:30]
Dünən “Fairmont Baku” hotelində sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin təqdimatı keçirilib. Tədbirdə Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq.
Tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev ötən dövr ərzində ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatlar nəticəsində müasir standartlara cavab verən sığorta-pensiya sisteminin qurulmasını vurğulayaraq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daimi diqqəti və vaxtında qəbul etdiyi qərarlar nəticəsində ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sistemi formalaşıb. E.Mehdiyev bildirib ki, növbəti mərhələdə əsas prioritetlər sistemin maliyyə dayanıqlığının təmin edilməsi, əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılmasıdır. Bu məqsədlə dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili nəzərdə tutulur.
Sonra Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında güclü əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən layihələri barədə məlumat verib. Xanım Malena Mard təqdimatı keçirilən yeni layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Tədbirdə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis, Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Volfqanq Mösinqer, layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks, daha sonra isə layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey çıxış ediblər.
Tədbirdə, həmçinin, Azərbaycan Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayev bankın pensiya depoziti xidmətləri barədə məlumat verib. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

