/ / Bakıda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” genişmiqyaslı layihə çərçivəsində konfrans keçirilib
Bakıda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” genişmiqyaslı layihə çərçivəsində konfrans keçirilib
27.05.2014 [09:21]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ötən ildən başlayaraq “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda genişmiqyaslı layihə icra edir.
Layihə çərçivəsində rayon icra hakimiyyətlərinin dəstəyi ilə təşkil olunmuş tədbirlər Bakı şəhərinin bütün rayonlarını əhatə edib.
AzərTAc xəbər verir ki, bu tədbirlərin yekunu olaraq mayın 26-da Bakıda AQUPDK-nın və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə konfrans keçirilib.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycanda reallaşdırılan dövlət ailə siyasətinin uğurlu nəticələrindən danışıb.
Bildirilib ki, həyata keçirilən dövlət proqramları, sosial layihələr öz müsbət nəticələrini verməkdədir. Açılan iş yerləri, yaradılan müasir infrastruktur ailələrin daha da güclənməsinə səbəb olub. Ana və uşaq ölümünün, küçə uşaqları, erkən nikah və uşaqlara qarşı zorakılıq faktlarının azalması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir.
Layihənin əhəmiyyətini qeyd edən AQUPDK sədri bildirib ki, Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərləri ilə daha da zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyə etməliyik. Cəmiyyətin bir çox ənənələrini qoruyub yaşadan ailə əhalinin demoqrafik inkişafında da mühüm rol oynayır. Hazırda Azərbaycanda iki milyondan çox ailə var. Hər il orta hesabla ölkədə 80 mindən çox nikah bağlanılır.
Yaşlı nəslin təcrübəsindən danışan H.Hüseynova deyib ki, vətənpərvərlik, əməksevərlik, insanpərvərlik, böyüyə ehtiram kimi müqəddəs duyğuları insana aşılayan valideynlər, xüsusən babalar, nənələrdir. Bu ənənə tarixin ən sərt zamanlarında belə unudulmayıb, əksinə, daha da möhkəmlənib. Yaşlı nəsil keçmişimizlə gələcəyimiz arasında özünün körpü rolunu uğurla yerinə yetirir. Müasir gənclik isə bu gün dünənkindən daha fəal, təşəbbüskar olmalı, dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərimizlə iştirak etməlidir.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, ölkəmizdə gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əhalinin bu təbəqəsinin nümayəndələri dövlət quruculuğuna geniş cəlb olunur və irəli çəkilirlər.
Mövzunun aktuallığını qeyd edən N.Əliyeva deyib ki, ayrı-ayrı bölgələrdə, əhali arasında, xüsusən gənc ailələrlə milli dəyərlərin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, eyni zamanda, gənclərin layiqli vətəndaş və əsl şəxsiyyət kimi yetişməsi istiqamətində maarifləndirmə işlərinin aparılması vacibdir.
Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial rolların formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan dövlətinin ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malik olduğunu deyən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu sahədə həyata keçirilən layihələrdən danışıb.
Bildirilib ki, Azərbaycan ailəsi bütün dünyada ən uğurlu ailə modellərdən biri hesab edilir və geniş şəkildə təbliğ olunur. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli mənəvi-ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılması məqsədilə keçirilən maarifləndirmə təlimlərinin əhəmiyyətindən danışılıb.
Konfransda rayonlarda keçirilən tədbirlər haqqında məlumat verilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

