“Bizim elə yaşımızdır ki, gərək, axırda deyəcəyimiz sözü əvvəldə dilimizə gətirməyək”
23.05.2014 [09:11]
Əflatun Amaşov: “Ayna-Zerkalo” qəzetinin qərarı, xüsusən də bu qərarın ictimailəşməsi məni xeyli məyus etdi
“Mətbuat Şurası yaranışından geniş spektrli qurum kimi qarşılandı və gözləntilərə uyğun iş apardı. Bunun üçün bir növ, sosial sifariş yarandı. Qurum öz missiyası ilə yanaşı, jurnalistikanın ümumi inkişafı ilə əlaqədar məsələlərin həllinə girişdi. Deyək ki, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı dövlət dəstəyi konsepsiyasının hazırlanmasında, eləcə də sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasında yaxından iştirak etdi. Ümumən müxtəlif təşəbbüslər irəli sürdü. Treninqlər, seminarlar düzənləməklə jurnalist peşəkarlığının artırılmasına töhfə verdi. Hazırda ölkədə media miqyasında baş verən elə bir hadisə yoxdur ki, Şura ona reaksiya verməsin”. Bunu APA-ya müsahibəsində Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.
Müsahibəsində MŞ-nin fəaliyyəti ilə bağlı bir sıra məqamlara toxunan Ə.Amaşov eyni zamanda, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının narazılığına da münasibət bildirib: “...Elçin bəyin Mətbuat Şurasına ərizəsi ölkədə olmadığım vaxta təsadüf edib. Onun dindirilməsi ilə bağlı xəbəri də kənarda eşitmişəm. Şəxsən özünə telefon açmışam, vəziyyətlə maraqlanmışam. O ki qaldı qəzetin reklam sıxıntısına, reklam bazarının zəifliyi ümumən Azərbaycan mətbuatının bəlasıdır. Məsələ Mətbuat Şurasını ciddi şəkildə narahat edir. Bununla bağlı ölkə rəhbərliyinə müvafiq təkliflərimizi ünvanlamışıq. Amma “Ayna-Zerkalo” qəzetinin reklamları həmişə digər kütləvi informasiya vasitələrinə nisbətən daha çox olub. Satış göstəricilərinin yüksəkliyi də öz yerində. Məncə, qəzet gündəlik nəşr kimi KİVDF-dən ayrılan vəsaitin və satışdan gələn gəlirin hesabına fəaliyyətini davam etdirə bilərdi. Əlbəttə, bu məsələdə qərar verən Elçin Şıxlıdır. Hər bir halda problemin tezliklə yoluna qoyulacağına inanırıq”.
Elçin Şıxlının “Ayna-Zerkalo” qəzetinin etiraz əlaməti olaraq Mətbuat Şurasının sıralarını tərk etdiyini bildirməsinə gəlincə, Əflatun Amaşov “Qəzetin Mətbuat Şurasını tərk etməsinə dair qərarı, xüsusən də bu qərarın ictimailəşməsi məni xeyli məyus etdi. Düşünürəm ki, danışıb bir çox şeyləri yoluna qoymaq olardı” deyib.
“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin də mediaya açıqlamasında narazılıq ifadə etməsinə dair sualı isə Ə.Amaşov bu cür cavablandırıb: “Mətbuat Şurası ölkə jurnalistikasının modelidir. Media ailəsinin mərkəzindədir. Ailədə isə hər cür şəxsə rast gəlmək mümkündür. Mehman bəyin narazılığının motivi aydındır. Bir dost, fərd, jurnalist kimi həmişə onun yanındayam. Mən nə edim ki, Mehman Əliyev siyasətçi də olmaq istəyir? Hətta iddiası da kifayət qədər yüksəkdir. Hələ lap öncədən seçim edilməliydi - ya jurnalistika, ya siyasət. Seçim etməyin vaxtı isə keçmiş kimi görünür”.
Mətbuat Şurasının sədri sonda bəzi tövsiyələrini də dilə gəirib: “Bir məqamı vurğulamağı vacib sayıram. Bizim elə yaşımızdır ki, gərək, axırda deyəcəyimiz sözü əvvəldə dilimizə gətirməyək. Hamıya bunu tövsiyə edirəm. Qalan məsələlər düzələndir”.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20

