/ / ADPU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika elmi konfransı keçirilib
ADPU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika elmi konfransı keçirilib
02.05.2014 [09:00]
Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda respublika elmi konfransı keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfransda ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, may ayının 10-da Azərbaycan xalqının dahi oğlu, qüdrətli siyasi xadim, müstəqil və müasir dövlətimizin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. ADPU-da da Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Böyük qürur hissi və fəxrlə deyə bilərik ki, Ulu öndər XX əsrin ən parlaq və nadir şəxsiyyətlərindən biridir. Dahi şəxsiyyət iti və parlaq zəkası, yüksək intellekti, zəngin erudisiyası, siyasi uzaqgörənliyi və müstəsna təşkilatçılıq qabiliyyəti ilə xalqımızın böyük hörmət və nüfuzunu qazanıb.
Y.Məmmədov, həmçinin, Ulu öndərin təhsil sahəsində həyata keçirdiyi islahatlardan, elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, şair-dramaturq, Prezident təqaüdçüsü Ramiq Muxtar dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli liderin əvəzsiz rolundan danışıblar.
Qeyd edilib ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız xalqın xidmətinə yönəlib. Onun dərin düşüncəsi, ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr, xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət edir. Hər bir azərbaycanlı Onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.
Konfransa təqdim edilən məruzələr “Pedaqoji universitet xəbərləri” jurnalının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş xüsusi buraxılışında çap ediləcək.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

