Səbail rayonunda 42 mindən çox sakinin tibbi müayinələrdən keçməsi təmin olunub
02.04.2014 [09:10]
Prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki iqtisadi tərəqqi səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaradıb.
AzərTAc xəbər verir ki, əhalinin sağlamlığını hər zaman diqqətdə saxlayan dövlət başçısının tapşırığına əsasən, fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Səbail rayonunda da uğurla aparılır. Bununla əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb, xüsusi qrafiklər tərtib olunub. Rayonda, onun qəsəbə və yaşayış sahələrində aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir, görülən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki 4 poliklinikada bütün lazımi şərait yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinində müayinəsi məqsədilə səyyar həkim briqadaları təşkil olunub. Fevralın 17-dən etibarən artıq rayon üzrə 42 min 84 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 5 min 649 nəfərə ambulator, 143 nəfərə stasionar müalicə təyin edilib.
2 nömrəli şəhər poliklinikasının baş həkiminin müavini Şahin Quliyev çalışdığı tibb müəssisəsinin ötən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmirdən çıxdığını və ən müasir tibbi avadanlıqlarla təchiz edildiyini deyib. Bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Onun sözlərinə görə, indiyədək poliklinikada 10 mindən artıq sakin hərtərəfli müayinə olunub. Onlardan 137 nəfər nəzarətə götürülüb, 70 nəfər isə xəstəxanalara göndərilib.
Müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edən Faiq Qarayev isə vurğulayıb ki, ölkə başçısının verdiyi bu tapşırıq əhalinin sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

