Binəqədi rayonunda Yaşıllıq ayı çərçivəsində iməcilik keçirilib
18.03.2014 [09:12]
Azərbaycanda bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsinə də dövlət tərəfindən xüsusi diqqət yetirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkənin hərtərəfli tərəqqisinə, iqtisadi və sənaye potensialının güclənməsinə verdiyi əvəzsiz töhfələrlə bərabər, həm də ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsinə ayrıca diqqət göstərib, ölkədə genişmiqyaslı yaşıllıq sahələrinin yaradılmasına nail olub. Ulu öndərin müəyyənləşdirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Dövlət başçısının tapşırığına əsasən, ölkədə, eləcə də paytaxtın Binəqədi rayonunda genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Rayondakı yaşıllaşdırma tədbirləri mart ayında daha intensiv xarakter alıb, mart ayı Binəqədi rayonunda Yaşıllıq ayı elan olunub. Ekoloji mühitin yaxşılaşmasına xidmət edən Yaşıllıq ayı çərçivəsində rayonda ümumilikdə 5000-dən artıq ağacın əkilməsi nəzərdə tutulub və indiyədək onlardan 3000-ə yaxını əkilib. Rayonun 9-cu mikrorayon ərazisində yerləşən “Zeytunluq bağları” adlanan sahədə əvvəllər kəsilmiş ağacların yerində yeni zeytun ağacları əkilib və qorunması məqsədilə metal torla hasarlanıb.
Yaşıllıq ayı çərçivəsində təşkil edilən tədbirlərin davamı olaraq mart ayının 15-də Binəqədi rayonunda iməcilik keçirilib. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar olaraq təşkil olunan bu ictimai faydalı tədbirdə rayonun idarə və müəssisələrinin işçiləri ilə yanaşı, 300-dən artıq ictimaiyyət nümayəndəsi də iştirak edib. Aksiyada 1000 ədəd zeytun ağacı əkilib. Binəqədi rayonunda yaşıllaşdırma tədbirlərinin səciyyəvi cəhəti ondan ibarətdir ki, burada əkilən ağac və bitkilərin faydalılığı, iqlimə uyğunluğu və mühitə adaptasiya olunma qabiliyyəti nəzərə alınmaqla yanaşı, onlara vaxtında və gecikdirilmədən aqrotexniki qulluq göstərilir, həmçinin, yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

