/ / Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli lider Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli lider Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib
15.03.2014 [10:28]
Martın 14-də Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli lider Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunmuş mərasimdə veteranlar, ayrı-ayrı hərbi qurumların və güc strukturlarının nümayəndələri, məktəbin kursantı olmuş və hazırda ehtiyatda olan yüksək rütbəli zabitlər və Silahlı Qüvvələrin əməkdaşları iştirak ediblər.
Əvvəlcə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ulu öndər Heydər Əliyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstələri düzüb.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən məktəbin rəisi, general-mayor Heydər Piriyev şəxsi heyət adından tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Heydər Piriyev deyib ki, Ulu öndər Heydər Əliyevin adının Ali Hərbi Məktəbə verilməsi mühüm tarixi hadisə olub. Məktəb müstəqil Azərbaycan dövləti üçün hərbi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Bugünkü tədbir isə Ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın göstəricisidir. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktəbə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Məktəbin şəxsi heyətini təbrik edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, müasir mütəşəkkil ordunu yaratmaq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Hələ 1970-ci illərdə Ulu öndər Heydər Əliyev Azərbaycanın öz müstəqilliyini bərpa edəcəyini əvvəlcədən görərək, Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi orta məktəb yaradıb və minlərlə azərbaycanlı gənc bu təhsil ocağını bitirərək keçmiş Sovet İttifaqının demək olar ki, bütün ali hərbi məktəblərində müxtəlif hərbi ixtisaslara yiyələnib. Milli ordumuzun yaranmasında, formalaşmasında, möhkəmlənməsində, respublikamızın ərazi bütövlüyünün qorunmasında, təcavüzkar Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında, xalqın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının böyük rolu olub.
Nazir deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sistemi yaradılmasının banisidir. Ulu öndərimizin adının Azərbaycan Ali Hərbi Məktəbinə verilməsi heç də təsadüfi deyildir. Ümummilli lider Heydər Əliyev dəfələrlə bu məktəbdə olub, şəxsi heyətlə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb, əmr, göstəriş, tövsiyə və məsləhətlərini verib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daima ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan Ali Hərbi Məktəbinə Ulu öndər Heydər Əliyevin adı verildikdən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev beş dəfə burada olub, məktəbi müvəffəqiyyətlə bitirən gənc zabitlərə xeyir-dua verib və şəxsi heyətin qarşısında əhəmiyyətli nitqlər söyləyib.
Nazir əmin olduğunu bildirib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kollektivi göstərilən etimadı bundan sonra da şərəflə doğruldaraq ölkəmizin hərb tarixinə şanlı səhifələr yazacaq və Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrini hər an yerinə yetirməyə hazır olacaqlar.
Məktəbin məzunları adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin diqqəti sayəsində məktəbdə azərbaycanlı kursantların sayı artırılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmin zabitlər Milli Ordunun formalaşmasında mühüm rol oynayıblar.
Sonda məktəbin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52

