/ / Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığı Binəqədi rayonunda da uğurla icra olunur
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığı Binəqədi rayonunda da uğurla icra olunur
22.02.2014 [13:21]
Prezident İlham Əliyevin bütün ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinədən keçirilməsi barədə tapşırığı Binəqədi rayonunda da uğurla icra olunur.
AzərTAc xəbər verir ki, müayinələrin ilk günündən rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinə çoxlu sayda vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən müayinələrdən yararlanıb. Bu tibb müəssisələrində rayon sakinləri ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunublar. Xəstəliyi aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb ediliblər.
Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində sakinlərin kütləvi dispanserləşdirilməsinin mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülüb, lazımi şərait yaradılıb. Rayon sakinləri qrafik əsasında qeydiyyata düşür, sonra isə ən müasir avadanlıqla təchiz edilmiş həkim kabinetlərində tibbi yoxlamadan keçirlər.
Fevralın 17-dən indiyədək 10 minə yaxın rayon sakini icbari tibbi müayinədən keçib. Eyni zamanda, növbəlilik sistemi əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən respublikamızın hər yerində başlayan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi prosesi Binəqədi rayonunda da çox sürətlə aparılır. İşin yüksək səviyyədə, operativ təşkil edilməsi üçün rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Həmin komissiyanın tərtib etdiyi qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir. Bu müayinədən insanlar çox razı qalırlar. Yoxlamalar zamanı müəyyən xəstəliklərin aşkar olunduğu təqdirdə profilaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Bu, Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının təcəssümüdür.
Vüsal İsmayılov vurğulayıb ki, Binəqədi rayonunun 255 min əhalisi var. Əlavə olaraq rayonda məcburi köçkünlər də məskunlaşıblar. Onlar da yaşadıqları əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçirilər. Bu proses çox uğurla davam etdirilir.
Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri İsa Cahanov deyib ki, Prezident İlham Əliyevin insanların sağlamlığına ayırdığı diqqət və qayğının təcəssümü olaraq aparılan dispanserləşdirmələrin əsas məqsədi əhalinin 18 yaşdan yuxarı olan bütün təbəqələrini tibb müəssisələrinə dəvət etmək, müayinədən keçirmək, xəstəlikləri aşkara çıxarmaq, onları dispanser müayinəsinə götürməkdir. Dispanser müşahidəsindən sonra onlara müalicə, müayinə təyin edilir, məsləhətlər verilir. Ehtiyac duyulduğu halda insanlar stasionar müayinəyə göndərilirlər. Bununla da biz insanlarda olan xəstəlikləri ilkin mərhələlərdə aşkar edə və vaxtlı-vaxtında onların müalicəsinə başlaya bilirik. Bu isə böyük səmərə verir.
Şöbə müdiri bildirib ki, rayon İcra Hakimiyyətinin tərtib etdiyi xüsusi qrafik əsasında ərazidə olan idarə və müəssisələrin işçiləri müəyyən edilmiş vaxtda poliklinikaya gəlib tibbi müayinələrdən keçirlər. Bu günədək mindən çox vətəndaş müayinədən keçib. Müxtəlif xəstəliklərlə əlaqədar poliklinikaya gələ bilməyən şəxslər isə təşkil edilmiş tibbi briqadalar tərəfindən evlərində müayinə olunurlar.
Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edirlər. Rayon sakinləri Cümşüd Quliyev və Fatma Əliyeva onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, insanların sağlamlığına xidmət edən bu nəcib təşəbbüsü yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

