/ / Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir
Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir
10.08.2026 [17:37]
Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin yaradıcılıq potensialının beynəlxalq müstəvidə tanıdılması, onların qlobal incəsənət məkanına inteqrasiyası və peşəkar inkişafının təmin edilməsi istiqamətində layihələri davam etdirir.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, son dövrdə Akademiyanın xarici ali təhsil müəssisələri, muzeylər, qalereyalar və mədəniyyət təşkilatları ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib. Türkiyənin Memar Sinan İncəsənət Universiteti, Bilecik Şeyx Ədəbalı Universiteti, Özbəkistan Rəssamlıq Akademiyası, Temirbek Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası, Turqunbay Sadıkov adına Milli İncəsənət Akademiyası, Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti, Macarıstan Rəssamlıq Universiteti və digər nüfuzlu ali təhsil müəssisələri ilə qurulan əlaqələr tələbə və müəllim mübadiləsi, ortaq sərgilər, ustad dərsləri, elmi-praktik konfranslar və yaradıcılıq layihələri üçün yeni imkanlar yaradıb. Akademiyanın beynəlxalq fəaliyyətində mühüm addımlardan biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İncəsənət üzrə Ali Təhsil Müəssisələri Rektorlar Şurasının yaradılması olub. Azərbaycan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə təsis edilən platforma Türk dünyasında incəsənət təhsili sahəsində institusional əməkdaşlığın gücləndirilməsinə, tələbə və müəllim mobilliyinin artırılmasına, ortaq sərgi, biennale, plener və yaradıcılıq layihələrinin həyata keçirilməsinə xidmət edir.
Akademiyanın beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində tələbələr xarici ölkələrdə təşkil olunan yaradıcılıq proqramlarına da cəlb olunurlar. Akademiya xarici ali təhsil müəssisələri ilə birgə layihələrin, tələbə mübadilələrinin və beynəlxalq yaradıcılıq proqramlarının sayının artırılmasını, tələbələrin biennalelər, forumlar, rezidensiyalar və digər qlobal sənət platformalarında iştirak imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

