Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub
10.06.2026 [15:53]
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində (GDAK) ilk məzun buraxılışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı təhsil müəssisəsinin tarixində mühüm mərhələdir. Onun sözlərinə görə, hazırda kollecdə 500-ə yaxın tələbə təhsil alır və bu il ilk dəfə olaraq 134 nəfər tələbə məzun adını qazanır. Zəfər Qurbanov qeyd edib ki, aqrar sahənin inkişafı üçün peşəkar və ixtisaslı kadrlara ehtiyac ildən-ilə artır. Bu baxımdan Gəncə Dövlət Aqrar Kollecinin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, müasir bilik və bacarıqlara malik mütəxəssislər hazırlamaqdır. Rektor vurğulayıb ki, ADAU rəhbərliyi tərəfindən kollecin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin praktik biliklərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında kollecin fəaliyyətinin regionda peşə və aqrar təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Şəhər rəhbəri məzunların əldə etdikləri bilik və bacarıqları ölkənin kənd təsərrüfatı sektorunun inkişafına yönəldəcəklərinə əminliyini ifadə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Baş konsul aqrar təhsilin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, məzunların peşəkar kadr kimi formalaşmasında müəllimlərin və ailələrin rolunu yüksək qiymətləndirib. O, məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onların ölkələrinin inkişafına layiqli töhfələr verəcəklərinə inandığını bildirib.
Tədbir bədii hissə və məzunlara diplomların təqdim olunması mərasimi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

