Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb

19.03.2026 [10:50]

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 46 ailə -177 nəfər, Xanabad kəndinə isə 19 ailə - 89 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31