Unudulmayan faciə...
19.03.2026 [08:39]
Bakı metrosundakı terrordan 32 il ötür!
1990-cı illərin əvvəlləri Azərbaycan üçün yalnız siyasi deyil, həm də təhlükəsizlik baxımından son dərəcə gərgin və faciələrlə dolu bir dövr idi. Çoxsaylı sakinlər-qadınlar, uşaqlar və qocalar ermənilərin təşkil etdiyi bu qanlı terrorlar zamanı həyatlarını itiriblər. Bu hadisələrin hər biri isə tariximizin qanlı səhifələridir. 1990-cı illərdə Azərbaycanda daxildə baş verən qarışıqlıqlar həmçinin, Ermənistanın təcavüzkar hücumları ölkəni zəiflətmişdi. Vətənimizi hədəf alan düşmən qüvvələri müxtəlif tərəflərdən hücumlar təşkil etməyə başlamışdılar.
Onlardan biri də 1994-cü ilin 19 martında oldu. Bu gün Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 32 il ötür. Saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycanın Xalq artisti Rafiq Babayev də olub.
Terrorun izi haradan gəlirdi?
İstintaq və məhkəmə yolu ilə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hadisə Qarabağ uğrunda gedən döyüşlər zamanı-13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib.
Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, 14 yanvar 1994-cü ildə Zori Balayan hərbi əsir Azər Aslanovla görüşüb, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gedir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilir. Bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilir.
Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanır, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilir. A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı”marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb.
İstintaq zamanı müəyyən edilmişdi ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistanın xüsusi xidmət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.
Bununla da Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilir. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərirlər. 1998-ci ildə Aslanov bu terror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən, publisist Zori Balayandan aldığını deyir. Beləliklə, Azər Aslanova ömürlük həbs cəzası verilir.
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan haqqında İnterpolun xətti ilə beynəlxalq axtarış elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.
Qeyd edək ki, 1994-cü ilin 3 iyulunda da Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda partlayış törədilib. Həmin hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

