Tural İrfan: “Yas mərasimlərində süfrə açmağın dini əsası yoxdur”
17.02.2026 [12:57]
Yas mərasimlərində ehsan verilməsi məsələsi cəmiyyətdə müzakirə mövzusu olaraq qalmaqdadır. Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan saytımıza açıqlamasında bildirib ki, İslam dinində ehsan anlayışı mövcud olsa da, vəfat zamanı xüsusi süfrələrin açılması və kütləvi şəkildə yemək verilməsi ilə bağlı dini tövsiyə yoxdur.
Onun sözlərinə görə, İslamın ilkin dövrlərinə nəzər saldıqda dəfn mərasimlərində bu cür ənənələrin mövcud olmadığını görmək mümkündür:
“İslam dinində ehsan anlayışı var. Lakin bu, yas mərasimlərində xüsusi süfrələrin açılması və kütləvi yemək təşkili kimi təqdim olunmayıb. İslamın ilk dövrlərində belə hallar olmayıb. Bu, sonradan formalaşmış bir ənənədir və bəzi hallarda xurafatın dinə qarışması nəticəsində meydana çıxıb.”
İlahiyyatçı vurğulayıb ki, xüsusilə son illər yas mərasimlərində dəbdəbə və israf halları artmaqdadır. Bəzi hallarda insanlar bir-biri ilə rəqabət apararaq daha təmtəraqlı ehsan süfrələri təşkil edirlər:
“Bu, artıq savab qazanmaq niyyətindən çox, bir növ bəhsə girmək xarakteri daşıyır. Halbuki İslam israfı qəti şəkildə qadağan edir. Əgər ehsan verilirsə belə, burada dəbdəbə və israfçılığa yol verilməməlidir.”
Tural İrfan qeyd edib ki, yas mərasimlərində süfrə açılmasının dini baxımdan əsaslandırılması çətindir: “Yas mərasimlərində süfrə açmağın dini əsası yoxdur. Bu, xalq arasında formalaşmış bir ənənədir. Əgər bu ənənə davam etdiriləcəksə, mütləq şəkildə dinin prinsiplərinə uyğunlaşdırılmalıdır. Əsas məsələ mərhum üçün dua etmək, səbir göstərmək və ehtiyacı olanlara səmimi şəkildə yardım etməkdir.”
Beləliklə, mütəxəssislər hesab edirlər ki, cəmiyyətdə formalaşmış ənənələr dini prinsiplərlə uzlaşdırılmalı, xüsusilə yas kimi həssas mərasimlərdə israf və dəbdəbədən uzaq durulmalıdır.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

