Oğurlanan talelər...
16.02.2026 [15:38]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) nəhayət, sənədli sübutlar əsasında dövlət çevrilişinə cəhd göstərən korrupsionerlərin xəyanət əməlini konkret faktlarla ifşa etdi.
Əlbəttə, kütləviləşdirilən ilkin informasiya DTX-nın uzun müddətdən bəri böyük səbr, səriştə və peşəkarlıqla apardığı araşdırmanın yalnız tezis şəklində qısa məcmusudur. Yekun istintaq materiallarında söz yox, daha geniştərkibli ifşa sənədləri əksini tapacaq (təbii, “qlavarların” yardımçı əlaltıları daxil).
İşin yekununda “xain koalisiyanın” cinayət tərkibli əməli məhkəmədə hüquqi qiymətini alacaq və cəzası veriləcəkdir.
Bu öz yerində.
Ancaq müasir Azərbaycan tarixinin bu analoqsuz cinayət işinə münasibətdə bir ayrı - ağrılı cəhət də var. O da ittiham olunan səlahiyyətli sabiqlərin fəaliyyətinin ictimai-siyasi nəticələri ilə bağlıdır.
Uzun onilliklər boyu ali səviyyəli “açar vəzifələrdə” oturaraq adi vətəndaşlara qarşı məsuliyyətsizcə davranan məsul məmurlar bu vətəndaşların toplam zəhməti sayəsində yaranan dövlət büdcəsindən oğurladıqları pullarla yanaşı (başqa yolla nəinki “milyarder”, heç “milyoner” də olmaq mümkün deyil), həm də insan taleləri oğurlanıb.
Bəli, onlar insan taleləri oğurlayıblar!
Bugün ittiham olunan dünənki “məsul və məşhur” səlahiyyət sahibləri illər uzunu vəzifədən sui-istifadə edərək, nə qədər qeyrətli, vətənpərvər insanları məhv ediblər. Acgözlərin “xəyanət və oğurluq standartına” uyğun gəlməyən neçə-neçə gözütox, təmiz kadrlar, dövlətə və prezidentə sədaqətli adamlar, obyektiv, prinsipial, ədalətli dövlət qulluqçuları vurulub. Nə qədər istedadlı elm, təhsil, mədəniyyət, mətbuat işçiləri məkrli məqsədlərlə haqsız yerə incidilib, işdən çıxardılıb, inkşafının qarşısı alınıb. Vicdansız və məsuliyyətsiz davranışlarla millətin ən yaxşıları seçilərək bezdirilib, küsdürülüb aktiv fəaliyyətdən, - vətənə, xalqa və dövlətə xidmətdən uzaqlaşdırılıblar...
Bunlar faktdır, sübuta ehtiyacı olmayan aksiomadır.
Və bunun yüzlərlə canlı şahidi var. Mətbuat səhifələrinə çıxan və çıxmayan çoxsaylı nümunələri var...
Ancaq bu xainlik təkcə fərdlərə aid məsələ hesab oluna bilməz. Dışlanan dəyərli insanların şəxsinə ünvanlanmış pislik də deyil. Bu əməlin mahiyyəti daha qlobal xarakterlidir. Bütün ölkənin, dövlətin, xalqın və millətin inkişafına vurulan sarsıdıcı zərbələrdir.
Hər bir xalq, dövlət, millət, hər bir cəmiyyət məhz bacarıqlı kadrların, istedadlı insanların məhsuldar fəaliyyəti ilə inkişaf edir. Cəmiyyət həyatında hər şeyi kadrların həll etdiyini bilə-bilə, vətənə bundan böyük xəyanət olarmı?!
İttiham olunan sabiq səlahiyyət sahibləri mənəviyyatca nə qədər xəbis olsalar da, şüurca ağılsız deyillər. Onların fəaliyyəti kor-koranə yox, düşünülmüş məqsədli işdir. Onlar peşəkar qürurlu kadrları lakey təbiətli primitiv ləbbeyk deyənlərlə əvəzlədikcə, əlbəttə cəmiyyətin tərəqqisini addım-addım əngəllədiklərinin fərqində olublar. Və məhz bu amil – hələ 30-cu illərdən müstəqil Azərbaycanın inkişafını əngəlləməyə yönələn planlı məqsədin çağdaş davamı kimi tövsif oluna bilər!
Məhkəmə hökmü Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə xain əməlin adekvat “kompensasiyası” olaraq layiqli cəzalar verəcəkdir.
Buna söz yox.
Ancaq onillər boyu dəyərli insanların, vətənə və dövlətə sədaqətli kadrların, bacarıqlı dövlət qulluqçularının, istedadlı elm, təhsil, mədəniyyət, mətbuat adamlarının sındırılmış, məhv edilmiş, söndürülmüş, əzab-əziyyətlərə düçar edilmiş həyatlarını, puça çıxarılmış ömürlərini, oğurlanmış talelərini nəylə və necə kompensasiya etmək mümkün olacaqdır?!
Heyhat...
Ömür getdi, gün getdi...
Məsul vəzifəli məsuliyyətsiz sabiqlərin bu cür məkrli kadr oyunbazlıqları ittiham aktının ən mühüm bəndlərindən biri olmalıdır. Real cinayəti araşdırıb hüquq qanunları üzrə qiymət veriləndə, mənəviyyat qanunları üzrə də bu amil nəzərə alınmalıdır!
Akif ƏLİ,
Əməkdar jurnalist,
Fəlsəfə doktoru,
Yazıçı-publisist.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

