Qurudulmuş dondurmalar...
05.02.2026 [08:53]
Nə qədər təhlükəsizdir?
Son zamanlar mağaza və ticarət mərkəzlərində qurudulmuş dondurmaların satışı artmaqdadır. Bu məhsullar qeyri-adi hazırlanma üsulu ilə seçildiyi üçün istehlakçıların marağına səbəb olur. Qurudulmuş dondurmalar xüsusi texnologiya ilə hazırlanır, içindəki suyun demək olar ki, tam çıxarıldığı dondurma növüdür. Onlar adi dondurmadan fərqli olaraq nə əriyir, nə də soyuducuda saxlanmağa ehtiyac var.
Xüsusilə sosial şəbəkələrdə maraqlı tərkibi və qeyri-adi dadı ilə diqqət çəkən bu məhsulların təhlükəsizliyi isə tez-tez sual doğurur. Bu dondurmaların sağlamlıq baxımından hər hansı zərəri varmı?
Gündəlik qida üçün nəzərdə tutulmur
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu gün satışda olan quru dondurmalar və ya sublimasiya olunmuş meyvələr trend halına gəldiyi üçün geniş şəkildə istifadə olunur. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu məhsullar gündəlik qida üçün nəzərdə tutulmur və daha çox ara-sıra delikates kimi qəbul edilməlidir: “Xüsusilə səyahət zamanı və ya qidaya əlçatanlığın məhdud olduğu bölgələrdə karbohidrat mənbəyi kimi enerji təmin etmək üçün, eyni zamanda idmançılar üçün faydalı ola bilər. Buna baxmayaraq, bu qidalarda şəkər və kalori miqdarı yüksək olduğundan, yüngül atışdırmalıq kimi göründüyü üçün bəzən həddindən artıq miqdarda qəbul edilə bilər. Bu isə şəkər qəbulunun artmasına, qanda şəkər səviyyəsinin sürətlə yüksəlməsinə və nəticədə sağlamlıq risklərinin yaranmasına səbəb ola bilər. Eyni zamanda, məhsulların quru teksturası kiçik yaşlı uşaqlarda boğulma riski yarada, dişlərə yapışaraq diş çürüməsinə və diş minasının zədələnməsinə gətirib çıxara bilər. Bu səbəbdən xroniki xəstəlikləri olan şəxslər, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər və azyaşlı uşaqlar bu məhsulları qəbul edərkən ehtiyatlı olmalıdırlar. Ümumilikdə, bir dəfəyə 20-30 qram qəbul edilməsi norma hesab olunsa da, mümkün sağlamlıq riskləri mütləq nəzərə alınmalıdır”.
Qablaşdırmaya xüsusi diqqət yetirilməlidir
Ekspert qeyd edib ki, digər vacib məqam isə bu məhsulların mənşəyinin bəlli və etibarlı yerlərdən alınmasıdır: “Çünki bazarda trenddə olan bəzi məhsullar daha ucuz xammaldan istifadə edilməklə, gəliri artırmaq məqsədilə kimyəvi qatqılar, dadlandırıcılar və aludəedici maddələr əlavə olunaraq istehsal edilə bilər. Təbii meyvələr və təbii dadlandırıcılar daha baha başa gəldiyindən, bu cür əlavələr allergik reaksiyalara və daxili orqanların funksional pozuntularına səbəb ola bilər. Buna görə də istehlakçılar mütləq etiket məlumatlarını diqqətlə oxumalı, əlavə konservantlar, aromatizatorlar və süni dadlandırıcılar olan məhsullardan çəkinməlidirlər. Tövsiyə olunur ki, böyüklər bu məhsulları gündəlik deyil, həftədə bir-iki dəfə qəbul etsinlər. Qablaşdırmaya da xüsusi diqqət yetirilməlidir: məhsullar bağlanmış halda uzun müddət saxlanıla bilsə də, açıldıqdan sonra növünə və xüsusiyyətinə uyğun olaraq qısa müddətdə istifadə olunmalıdır. Saxlanma zamanı sərin, günəş şüalarından uzaq, hava keçirməyən şərait təmin edilməli və düzgün qablaşdırmadan istifadə olunmalıdır ki, məhsulun keyfiyyəti və vitamin tərkibi qorunsun”.
Diqqətdən qaçan detallar...
M.Hüseynova vurğulayıb ki, qurudulmuş dondurma seçərkən etiket və qablaşdırmaya xüsusi diqqət yetirilməlidir: “Etiket Azərbaycan dilində olmalı, istehsalçı və ya idxalçı barədə məlumatlar, tərkib, xalis çəki, istehsal və son istifadə tarixi, eləcə də partiya nömrəsi aydın şəkildə qeyd edilməlidir. Allergenlərlə bağlı xəbərdarlıqlar görünən formada təqdim olunmalıdır. Qablaşdırma tam bağlı və zədəsiz olmalıdır. Qurudulmuş məhsul nəm çəkdikdə xırtıldayan teksturasını itirir, yapışqanlaşa bilər ki, bu da çox vaxt keyfiyyətin pozulduğuna işarə edir. Məhsul açıq satılırsa, qablaşdırması dəyişdirilibsə və ya mənşəyi, idxalçısı barədə məlumat yoxdursa, belə hallarda ehtiyatlı davranmaq tövsiyə olunur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

