O bircə kəlmə...
31.01.2026 [08:31]
...bircə kəlmə də dilimizin qlobal şəbəkədə gücünü artıra, dünyada sözün ümumi çəkisinə təsir göstərə bilər...
Ona da əminəm ki, o bircə kəlmə identik sözün məna yükü “Big Data”da fikir fırtınası yarada, həmçinin insan zəkasının hüdudsuzluğunu, fərqini hiss etdirə bilər.
Dilçi mütəxəssislər ana dilimizdə belə kəlmələrin barmaq sayından qat-qat artıq olduğunu bilirlər. Elə dili də qoruyub-saxlayan bu təkrarolunmaz ştrixlər, içindəki yük, təbiətlə mübarizədən tutmuş məişətlə var-gəldə meydana çıxan fraqmentlərdir.
Dil həm də həyatın özünü gerçək, metafizik, “kvantsayağı” qeydə alır və həmin parçanı “natural çəki”si ilə gələcəyə ötürür. Bu mənada o, “Big Data”lardan, smart fiksasiya qurğularından daha canlı, güclü və perspektivlidir. Çünki, dil həm də gizli, qeyri-ixtiyari, qeyri-səlis fəaliyyət göstərə bilir.
Əgər dil həm də yazılı və şifahi ədəbiyyat yaradıb onu müəyyən alqoritmik çərçivəyə qoşa bilirsə, deməli, onun riyazi canlılığı da mövcuddur, o həmçinin bütün fiziki nisbilik ərazilərində də “yaşayıb-yaradır”. Yəni, öz-özünə formalaşan dil, yaratmağa çalışdığımız Süni İntellekdən (Sİ) təbiətinə və immun sisteminə görə daha güclüdür.
Mənə elə gəlir ki, vaxt yetişəcək, Süni İntellektin dillərə təzyiqi, insanların isə bu təzyiqdən yaranan təbii xof və eyforiyası xeyli səngiyəcək, bəlkə də, tamamən yoxa çıxacaq. Əksinə, Sİ özü bu mükəmməl metodu dərindən öyrənmək üçün insanın “qılığına girməyə” çalışacaq. Necə ki, bu gün də Sİ elə həmin işlə məşğuldur: hələlik, mövcud olanları sümürüb, onlardan özünə mövcudluq (həm də özünəməşğulluq) yaradır.
Məsələyə məhz bu tərəfdən yanaşsaq, dilimizin qorunması ilə bağlı həyəcan təbilinin çalınması da təbii və zəruridir. Çünki, tamamilə fərqli bir sivilizasiyanın astanasındayıq. Sİ bizi və mədəniyyətlərimizi işğal etməyə hazırlaşır. Biz də bunu nəinki uzaqdan görüb müşahidə edir, hətta o hazırlığın - özümüzlə döyüşün içərilərinə doğru hərəkət edirik. Axı sözün bütün mənalarında, bu oyunu özümüz öz başımıza açmışıq. İndi, bu oyunu daha sürətli, güclü və gələcəyə yönəli etmək üçün yazılı, şifahi nə varsa, düşünüb yaratdığımız başqa bir beyinə köçürürük. Lakin bircə məsələ qalır: şifrə.
Dilin çox sayda, bitib-tükənməyən şifrələri var. Bu şifrələri açmaq üçün isə təkcə filoloji, tarixi, linqvistik və sair biliklər yetərli deyil.
Son vaxtlar, dünyada neyrolinqvistika ilə məşğul olan alimlər dili təkcə beyin hadisəsi kimi deyil, mücərrəd, fenomenal, hətta kənardan daxil olan bir təzahür kimi irəli sürüb mühakimələr yürütməyə, beləliklə də, Sİ-nin dil vasitəsilə insanın yerinə keçib-keçməyəcəyinə, hətta onun cildinə girib-girməyəcəyinə dair hipotez formalaşdırmağa çalışırlar.
Bu mülahizələr günbəgün zənginləşir. Hətta o yerə qədər ki, Sİ-nin yeni dil yaradacağını və o dilə şifrə tətbiq edəcəyini deyirlər.
Bircə sual açıq qalır: yeni dil və onun şirfəsini yaradan Sİ kənardan verilən siqnalları da ala biləcəkmi?
Əgər dil təkcə beyin hadisəsi deyilsə, daim “kosmik müdaxilə”yə möhtacdırsa, Sİ öz dilini zənginləşdirmək, “suvarmaq” üçün hansı alətlərdən istifadə etmək məcburiyyətində qalacaq? Axı onun bütün yarımkeçiriciləri materiyadır, ötürücü siqnal və qurğuları yalnız öz ərazilərində sənayeləşmiş olacaq.
İnsanın dili isə yaradıcı məfkurəyə malikdir. Onun hərəkət trayektoriyası mürəkkəbdir, metafizik, qeyri-maddidir. Bəs bu qeyri-bərabər rəqabətdən ortaya nə çıxacaq?
Dünyada dilləri gözləyən təhdidlərlə bağlı müzakirələrdə hesabatlılıq, birgə fəaliyyət, zənginləşdirmə və digər qabaqlayıcı tədbirlər barədə geniş müzakirələr aparılır. Hətta, o qədər ki, az qala dillərin təbii inkişaf alqoritmlərinə müdaxilə ediləcək, söz yaratma metodologiyası yolu ilə “broylervari”, “inkubasiyavari” yanaşmalar təklif olunacaq. Lakin bu zaman bir neçə məqam - məsələn, dilə möhlət vermək, onu dinləmək, onunla “əməkdaşlıq etmək” imkanları unudularsa, nə baş verəcək? Bu hallarda dil, necə davranacaq?
Hal-hazırda əsas götürülən təcrübə dilyaratma alətlərinin - xüsusilə, zənginləşdirmə və funksionallığın artırılması üçün tələb olunan alətlərin folklor, ədəbi yaradıcılıq və bədii tərcümə inteqrasiyalarının birgə tətbiqidir.
Bizim dünyəvi dövlətimiz və zəngin yazılı ədəbiyyatımız, folklorumuz var. “Big Data”lara verəcəyimiz “töhfə”lər bu baxımdan xeyli çoxdur. Yuxarıda qeyd edildiyi kimi, bəzən bircə kəlmə, bizi ifadə edən bircə identik söz də dilimizin qlobal şəbəkədə gücünü artıra bilər. Fəqət, birdən o “qlobal şəbəkə”, “Big Data” öz dilini yaradıb keçmiş-keçənlərindən imtina etmək istəsə...
Hal-hazırda dünyanı düşündürən əsas məsələlərdən biri də budur. Sİ-nin Ədəbiyyat və Mədəniyyət qarşısında yaratdığı problemlər Qərbdə və Şərqdə, Şimalda, Cənubda təkcə dilçiliyi qorumaq deyil, həm də dilin “Big Data”lara verəcəyi “töhfələr”dən sonra Sİ-nin necə davranacağıdır. Bu işlər necə tənzimlənəcək? Ümumiyyətlə, tənzimlənə biləcəkmi?
Bu məsələlər dilimizin də inkişafına dair tapşırıqları nəzərdə tutan “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında ayrıca yer alır. Azərbaycan dili ilə bağlı çağırışlara hazır olmaq, dilin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyət həyata keçirmək, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayını və keyfiyyətini artırmaq.
Əlaqələndirilimiş fəaliyyət nədir? Elmi-texniki tərəqqi, infrastrukturun inkişafı, urbanik dəyişikliklər dilə nə verəcək? Tərcümə sertifikatlaşdırılması nədir? Mədəniyyətimizlə dolub-daşan “Big Data”larla necə davranmalıyıq?
Bu barədə gələn yazımızda...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

