Qışda su içək, yoxsa çay?
22.01.2026 [08:37]
Zəncəfilli, adaçaylı, itburnulu çaylar immuniteti gücləndirir
Soyuq havalarda əlimiz avtomatik olaraq çaya gedir. Sanki soyuq hava ilə birlikdə yazılmamış bir qanun da qüvvəyə minir: “Qışda su yox, çay içərlər”. İsti çay, xüsusən də bitki çayları qışda əla seçimdir. Zəncəfilli, adaçaylı, itburnulu çaylar həm də immunitetə dəstək olur.
Havanın temperaturu düşdükcə, su içmək istəyimiz azalır. Yəni qış aylarında daha az su içirik. Bir qismimiz isə ancaq çay içirik, su içməyin qışda xəstələnməyimizə səbəb olduğunu düşünürük. Ancaq həkimlər hər zaman sağlamlıq üçün maye qəbulunun, su içməyin vacibliyini vurğulayırlar. Bəs qışda nə edək? Su, yoxsa çay içək?
Dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yayda olduğu kimi, qışda da eyni miqdarda maye qəbul etmək son dərəcə vacibdir: “Bizim kimi orta iqlim qurşağında, yaxud isti yerlərdə yaşayan insanlar qışda bədən alışqan olmadığı üçün soyuq su içən kimi xəstələnirlər. Ona görə cəmiyyətimizdə qışda daha çox otaq temperaturunda suya, yaxud çaya üstünlük verirlər”.
Dietoloq qeyd edib ki, soyuq havalarda su içmək istəyimiz olmaya bilər, ancaq maye qəbulunun orqanizm üçün faydalı olduğunu unutmamalıyıq: “Soyuq hava ilə birlikdə insanlarda maddələr mübadiləsinin sürəti də aşağı düşür, bu da su istəyini azaldır. Bu səbəbdən qış aylarında su içilməsi, ümumilikdə maye qəbulu böyük ölçüdə azalır. Bu azalma bəzən orqanizmin günlük su ehtiyacının yarısından da az ola bilər. Ancaq bilməliyik ki, bu vəziyyət böyrəklər başda olmaqla bir çox orqana mənfi təsir edir. Orqanizmin soyuqdəymədən, qrip infeksiyalarından və zərərli viruslardan qorunması üçün əsas ehtiyaclardan biri təmiz hava və mayedir. Buna görə də, yayda olduğu kimi, qışda da eyni miqdarda maye qəbul etmək son dərəcə vacibdir”.
“Soyuq su içə bilirsə, bu, daha yaxşıdır”
Ş.Yadigarova bildirib ki, soyuq su içə biliriksə, qışda da buna üstünlük verməliyik: “Gündəlik bədənin otuzda biri qədər maye içilməsi tövsiyə olunur. Maye qəbulu ilə bağlı hər kəs orqanizminə uyğun davranmalıdır. Soyuq su içə bilirsə, bu, daha yaxşıdır. Əgər soyuq su ona zərər verirsə, otaq temperaturunda, yaxud ilıq su içə bilər. Əgər üstünlüyü çaya verirsə, davamlı çay içməyin orqanizmə elə bir zərəri yoxdur. Sadəcə olaraq diqqət etməliyik ki, çay həddindən artıq isti olmasın. İsti olanda selikli qişanı yandıra, istilik bir az artıq olduqda, suluqların əmələ gəlməsinə səbəb ola bilir. Ətli yeməklərdən sonra çay içmək üçün yarım saat, bir saat fasilə verməliyik. Çünki çay ətdə olan dəmiri oksidləşdirir və oksidləşmiş dəmir orqanizm tərəfindən sovurulmur”.
Dietoloq havalar soyuyan kimi çaya üstünlük verməyimizin səbəblərindən də danışdı: “Bu həm ona görədir ki, cəmiyyətimizin alışqan olduğu adətlər var. Dünyada ən çox çay içən cəmiyyətlərdən biriyik, bu cəhətdən də baxanda anlaşılandır. Yayda hava isti olur, çay çox getmir, amma hava soyuyan kimi çaya üstünlük verilməsi artır. Həm də qismən bədən də bunu tələb edir. Çünki qışda soyuq su içəndə, daha çox xəstələnirik. Bu, soyuq ölkələrdə yaşayan insanlar üçün keçərli deyil. Amma bizim kimi orta iqlim qurşağında, yaxud isti yerlərdə yaşayan insanlar qışda bədən alışqan olmadığı üçün soyuq su içən kimi xəstələnirlər. Ona görə cəmiyyətimizdə qışda daha çox otaq temperaturunda suya, yaxud çaya üstünlük verirlər”.
Soyuqlama və boğaz ağrısı zamanı isti mayelərə üstünlük veririk
Ş.Yadigarova vurğulayıb ki, ümumiyyətlə, soyuq su ilə bağlı araşdırmaçıların fikirləri ziddiyyətlidir: “Bəzi araşdırmaçılar soyuq suyun daha faydalı olduğunu söyləyirlər. Deyək ki, boğaz ağrısı zamanı soyuq su içmənin, buz udmanın həmin nahiyədə olan istiliyi aşağı saldığı və iltihab prosesinin sönməsinə köməkçi olduğu deyilir. Bu isə bizim cəmiyyətdəki yanaşmaya tamamilə ziddir. Biz soyuqlama və boğaz ağrısı zamanı isti mayelərə üstünlük veririk. Bəzi araşdırmaçılar da soyuq suyun xəstəlik yaratdığı qənaətindədirlər. İzahları da belədir ki, soyuq su həzm sistemində seliyin miqdarını bir qədər artırır. Bu da həmin nahiyədə bakteriya və virusların inkişafı üçün daha münbit şərait yaradır və bu da xəstələnməyə yol açır. Selik miqdarının artması immun sistemi üçün də təhlükədir. Soyuqlamaya və boğaz ağrısına səbəb olur”.
Ş.Yadigarova soyuq su içmənin orqanizm üçün faydalarının olduğunu bildirdi: “Soyuq su içmənin faydası daha çox yay aylarında olur. Hava isinir, soyuq su içəndə bədən daha çox sərinləmiş olur. Bununla bədən temperaturunun tarazlaşmasına köməklik edir. Ümumiyyətlə, soyuq su içəndə bədən həmin suyu isitməyə çalışdığı üçün daha çox enerji xərcləmiş olur. Bununla da “Soyuq içərkən insan arıqlayarmı?” sualına qismən cavab vermiş olur. Enerji sərfiyyatı və metabolizmin sürəti bir az da olsun artır”.
Qışda su içmək vərdişini necə yaratmalı?
Dietoloqun sözlərinə görə, soyuq su içməyin tövsiyə olunmadığı məqamlar da var: “Bizim mətbəximizdə qış yeməkləri ağırdır, yağlıdır. Soyuq su yağların donmasına və həzmin çətinləşməsinə səbəb olur. Ona görə, yemək zamanı soyuq su içilməsi tövsiyə edilmir. Çünki soyuq su yeməkdəki yağları qatılaşdırır və həzmi çətinləşdirir. Yemək zamanı otaq temperaturunda olan su, yaxud çay içmək tövsiyə olunur. Səhərlər acqarına soyuq deyil, 1 stəkan ilıq su içmənin metabolizmin sürətini artırdığı da düşünülməkdədir. Eyni zamanda, soyuq su miqren ağrılarını artırır. Buna görə miqren xəstələrinin soyuq sudan uzaq durmaları tövsiyə edilir”.
Qış aylarında su içə bilməyənlərin bu vərdişi necə formalaşdırmaqlarına gəlincə, Ş.Yadigarova bildirdi ki, hər kəs bunu yarada bilər: “Vərdiş formalaşdırmaq üçün davamlı gündəlik 2 litr maye qəbulunu axsatmamalıyıq. Davamlı içdikcə, artıq bədən də bunu sizdən istəyəcək. Amma bir gün içib, bir neçə gün içmədikcə, vərdiş yaranmır. Hava da soyuyan kimi su istəyi azalanda, su içmək yadınıza düşmür”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34

