Qışın səssiz “hücumu”
20.01.2026 [08:50]
Quruyan dəri, çatlayan dodaqlar...
Düzgün qulluq necə olmalıdır?
Adətən soyuq havalarda ilk zərbəni dodaqlarımız və üz dərimiz alır. Külək, şaxta, aşağı rütubət - bunların hamısı birlikdə dərinin təbii müdafiə mexanizmini zəiflədir. Nəticədə üz dərisində və dodaqlarda quruluq, dartınma hissi, çatlama və qabıqlanma olur.
Niyə məhz soyuqda belə olur?
Soyuq havalarda dəri daha az yağ ifraz edir. Üstəlik, isti otaqlardakı quru hava dəridəki nəmi sözün əsl mənasında “oğurlayır”. Dodaqlarda isə vəziyyət daha kritikdir: onların üzərində qoruyucu yağ təbəqəsi demək olar ki, yoxdur. Ona görə də dodaqlar tez quruyur və çatlayır.
Ən böyük səhvlərdən biri...
Dodaqlar quruyanda onları tez-tez yalamaq olmaz. İlk anda rahatladıcı hiss yaratsa da, əslində bu, vəziyyəti daha da pisləşdirir - tüpürcək buxarlanır və dodaqları daha da susuz qoyur.
Soyuq havada üz dərisinə qulluq necə olmalıdır?
Əgər isti havada tez-tez nəmləndirici kremlərdən istifadə edirdiksə, soyuq havada əsas rolu qidalandırıcı kremlər oynayır. Qədim zamanlarda soyuq havada dərini qorumaq üçün qadınlar qaz piyindən istifadə edirdilər.
- Qidalandırıcı kremləri dəriyə evdən çıxdıqdan ən azı 1 saat əvvəl çəkmək lazımdır. Əks halda dəri daha da quruyacaq. 20 dəqiqədən sonra kremin qalıqlarını salfetlə silin.
- Qışda toz şəklində olan pudralardan istifadə etməyin, krem-pudralardan və tonal kremlərdən istifadə edin. Toz şəklində olan pudra dərini qurudur.
- Qışda dodaqların dərisi də əziyyət çəkir - quruyur, çatlayır. Bu səbəbdən çölə çıxdıqdan əvvəl dodaqlarınıza yağlı pomada çəkin.
- Qışda skrablardan və pilinglərdən daha az istifadə edin. Dəriniz yağlıdırsa həftədə 1 dəfə, qurudursa 2 həftədən bir skrab istifadə edin. Soyuq fəsillərdə dərini mümkün qədər qorumaq lazımdır.
- Qışda dərinin vəziyyətinə həm soyuq hava, həm də istilətmə sistemləri mənfi təsir edir. Kondisionerlər, sobalar evin havasını qurudur və bu da ilk növbədə dəriyə mənfi təsir edir. Bu vəziyyətdə daha çox maye qəbul etməyə və evin havasını nəmləndirməyə çalışın.
- Dəriniz çox qurudursa, üzünüzü su ilə yumayın. Xüsusi kosmetik süddən istifadə edin.
- Həftədə 2 dəfə qidalandırıcı maskalar edin.
Dodaqlar üçün bu yağlara üstünlük verilməlidir
Qışda dodaqların hər zaman nəmli qalması və təbii parlaqlığını qoruyub saxlaması üçün onlara da mütəmadi olaraq qulluq etmək lazımdır.
Dodaq pilinqi edin
Dodaqlarınızın teksturasını yeniləmək və möhtəşəm görünüşünü qorumaq üçün mütəmadi olaraq pilinq tətbiq etməlisiniz.
Bunun üçün 1 çay qaşığı qəhvə və zeytun yağını qarışdırın. Bu qarışımla dodaqlarınızı 1-2 dəqiqə ərzində pilinq edin. Sonra yuyun və nəmləndirici krem çəkin.
Təbii yağlarla qulluq edin
Dodaqlarınıza qulluq edərkən təbii yağlardan da istifadə edə bilərsiniz. Təbii yağlar soyuq havalarda dodaqlarınızın qurumasının qarşısını alır. Dodaqları nəmləndirir və yumşaldır. Qurutma nəticəsində yaranan qıcıqlanmanın qarşısını alır.
Dodaqlarınız üçün istifadə edə biləcəyiniz təbii yağlar bunlardır;
Zeytun yağı - dodaqları nəm saxlayır.
Üzüm çəyirdəyi yağı - dodaqların quruması nəticəsində yaranan yaralar və qıcıqlanmalar üçün mükəmməldir.
Ərik yağı - bol E və C vitamini ehtiva edən ərik yağı dodaqları qidalandırır və hamar edir.
Dodaqlarınızı hər gün nəmləndirin
Dərinin həmişə nəmə ehtiyacı var. Çünki dəri asanlıqla quruyur və soyulur. Dodaqlarınız da nəmsiz qaldıqda çox quruyur.
Nəmsiz qalan dodaqlar xüsusilə qış aylarında çox tez çatlayır və zədələnir.
Dodaqlardakı dəri toxuması son dərəcə həssas olduğu üçün bu nahiyənin hər zaman nəmli qalması lazımdır.
Dodaqlarınızı nəmləndirmək üçün dodaq baxımı kremlərindən istifadə edə bilərsiniz. Bu kremləri gün ərzində müəyyən fasilələrlə dodaqlarınıza sürtmək lazımdır.
Dodaq maskası edin
Dodaqlarınızı hər gün nəmləndirdiyinizə baxmayaraq hələ də quruluq problemi ilə qarşılaşırsınızsa, həftədə bir dəfə sıx nəmləndirici maska tətbiq edə bilərsiniz.
Nəmləndirici gücləndirən və dodaq sağlamlığını qoruyan bu maskanı evdə asanlıqla edə bilərsiniz.
Həftədə bir dəfə dodaqlarınıza 1 çay qaşığı balı çəkin və 5 dəqiqə saxlayın. Dodaqlarınızın nəmləndiyini və parıldadığını görəcəksiniz.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38

