Hər çağırışa hazır olmaq!
16.12.2025 [08:56]
FHN işçiləri çətin anlarda yanımızdadırlar
Həyat bəzən insanları gözlənilməz sınaqlarla üz-üzə qoyur. Təbii fəlakətlər, yanğınlar, qəzalar, dağıntılar... Bu təhlükəli anlarda insanların ümidlə baxdığı bir ünvan var: Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları. Onlar təhlükənin mərkəzinə doğru irəliləyən, başqalarının həyatını xilas etmək üçün öz canını riskə atan qəhrəmanlardır.
FHN işçiləri üçün iş günü anlayışı yoxdur. Gecə-gündüz, isti-soyuq bilmədən, hər çağırışa hazır olmaq onların peşə borcudur. Təbii ki, yanğın alovlarının içərisində, dağıntılar altında, sel sularının axarında insan həyatını xilas etmək üçün apardıqları mübarizə, fövqəladə xilas missiyası böyük fədakarlıq nümunəsidir. Hər birimizin üzərinə düşən borc FHN əməkdaşlarının əməyini qiymətləndirmək və təhlükəsizlik qaydalarına əməl etməklə onların işini bir qədər asanlaşdırmaqdır.
Yeri gəlmişkən, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasından 20 il ötür. Nazirlik Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Fəaliyyət göstərdiyi 20 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün son dərəcədə mühüm peşəkarlıq nümayiş etdirib. Ötən 20 il ərzində bu sahə ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində əsaslı fəaliyyət ortaya qoyulub - onlarla hüquqi sənəd hazırlanıb. FHN-nin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib.
Müasir mexanizmlərlə təchiz olunan texnika parkı
Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb.
FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb. FHN-in xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirilib.
Qardaşlıq nümunəsi...
FHN ölkə Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində, zəlzələ ilə bağlı fəlakətin aradan qaldırılmasında fəal iştirak ediblər. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi ötən ilin yayında qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi, 2023-cü ilin fevralında dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı ortaya qoyduğu peşəkarlıq oldu. Qardaş ölkədə təbii fəlakətlərin aradan qaldırılması məqsədilə Türkiyəyə gedən FHN xilasediciləri və yanğınsöndürücüləri əsl qardaşlıq örnəyi nümayiş etdiriblər.
Beynəlxalq əməkdaşlıq...
FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Qısa müddət ərzində Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya Respublikası, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirib.
Nazirliyin əməkdaşları çətin sınaqlarda dəfələrlə peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. FHN-nin təşkilatçılığı və ev sahibliyi ilə ötən illər ərzində bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib.
Vətən müharibəsində FHN işçilərinin fədakarlığı...
Vətən müharibəsi dövründə FHN-in bütün strukturları Qələbənin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.
Ölkə başçısının diqqət və qayğısı sayəsində işğaldan azad olunmuş ərazilərdə nazirliyin qurumlarının texnika parkının müasir standartlara uyğun olaraq qurulması istiqamətində ciddi tədbirlər görülüb. FHN-in fədakarlıq və peşəkarlıq örnəkləri qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir.
Əminliklə deyə bilərik ki, təhlükə anında tək deyilik. FHN işçiləri hər zaman yanımızdadırlar, həyatımızı qorumaq, sabaha ümidlə baxmağımız üçün...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

