Horovluya növbəti köç
16.12.2025 [08:24]
Hər qayıdış torpağa bağlılığın nümunəsidir...
Bu gün tariximizin ən qürurverici səhifələrindən biri yeni məzmunla yazılır. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsindən sonra başlayan Böyük Qayıdış prosesi mərhələli şəkildə davam edir. Bu qayıdışın növbəti ünvanlarından biri də Cəbrayıl rayonunun Horovlu kəndidir.
Horovlu uzun illər yurd həsrəti ilə yaşayan insanların xatirələrində bir nisgil, bir ümid yeri kimi qalmışdı. Bu kəndin sakinləri ata-baba ocaqlarını tərk etməyə məcbur qaldıqları gündən etibarən bir gün mütləq geri dönəcəklərinə inanırdılar. İndi isə həmin inam gerçəyə çevrilir.
85 nəfər yola salınıb
Dünən Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 22 ailə - 85 nəfər köçürülüb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub. Horovluya köçən ailələr qarşılandıqdan sonra onlar ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Dağıdılmış kəhrizlər bərpa edilib...
Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi -su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Horovluda aparılan yenidənqurma və bərpa işləri dövlətin gücünü, siyasi iradəsini və vətəndaşlara olan qayğısını aydın şəkildə nümayiş etdirir. Məqsəd təkcə insanları köçürmək deyil, onların təhlükəsiz, rahat və layiqli həyat şəraitini təmin etməkdir.
İnanırıq ki, hər şey çox gözəl olacaq...
Horovluya köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev gələcək barədə düşüncələrini bölüşərək qeyd edib: “Bu gün ən sevimli günümüzdür, doğma elimizə, obamıza qayıdırıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür arzulayırıq. Onların sayəsində bu günləri yaşayırıq və hər birinə dərin minnətdarlığımızı bildiririk.
Qarşıdakı dövrdə doğma torpağımızda əkinçiliklə, biçinçiliklə, heyvandarlıqla məşğul olmağı, öz zəhmətimizlə yaşamağı düşünürük. İnanırıq ki, hər şey çox gözəl olacaq. Çünki bura bizim öz yurdumuz, öz doğma torpağımızdır. İnsan hər zaman öz yurdunda, doğma torpağında daha rahat dolanar, daha gözəl ömür sürər”.
Horovluya qayıdan sakinlərin sevinc dolu baxışlarında həm keçmişin ağrısı, həm də gələcəyə olan böyük ümid görünür. Bu insanlar dağıdılmış evlərin yerində yenidən qurulan ocaqlara köçür, amma, əslində, onlar itirilmiş illərin xatirəsini, sınmayan ruhu və qüruru özləri ilə gətirirlər. Hər qayıdış hekayəsi Vətənə sədaqətin, torpağa bağlılığın canlı nümunəsidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

