Qarakənd faciəsinin qaranlıq məqamları
20.11.2025 [10:59]
Düz 34 il bundan əvvəl -1991-ci il noyabrın 20-də daha bir erməni məkrinə tuş gəldik. Həmin gün Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında faciəvi hadisə baş verdi - içərisində görkəmli Azərbaycan ziyalılarının və dövlət xadimlərinin olduğu hərbi vertolyot vurularaq partladıldı. Bu, ermənilərin çoxsaylı müharibə cinayətlərindən biridir.
Faciə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olublar.
Aradan 34 il ötsə də Qarakənd faciəsinin bütün qaranlıq məqamlarına hələ də işıq salmaq mümkün olmayıb. Çoxlu sayda şübhə dolu məqamlar var. Əvvala onu qeyd edək ki, faciə baş verən vaxtı hərbi vertalyotun vurulması ilə bağlı ictimaiyyətə yanlış məlumat verilib. Belə ki, vertalyotun pis hava şəraiti ilə əlaqədar qəzaya uğradığı bildilib. Sonradan bu məlumat təkzib edilib və vertalyotun vurulduğu etiraf edilib. Sual isə dəyişməz olaraq qalır: Faciə niyə gizlədilirdi? Bunun göstərişi haradan gəlmişdi?
Digər bir müəmma isə siyahının tərtib edilməsi, Azərbaycan cəmiyyətinin, necə deyərlər, qaymaqlarının eyni bir vertalyotla silahlı toqquşmalar baş verən münaqişə bölgəsinə göndərilməsi ilə bağlıdır. Faciə ərəfəsində, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Əsl səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən Dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecə ikən “ölüm siyahısı” təcili qaydada yenilənir, Belə ki, Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Ayaz Mütəllibov təsdiqləyir.
Bundan sonra digər bir müəmmalı hərəkət izlənilir. Qaydalara görə, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertalyotlar mühafizə məqsədilə müşayiət etməliydilər. Bu da baş verməyib. Heç kim vertalyotun mühafizəsi barədə danışmayıb.
Uçaq qəzalarında “qara qutular” ümid yeri kimi görünür. Azərbaycan ictimaiyyəti gözləyrdi ki, “qara qutu” oxunduqdan sonra Qarakənd faciəsinin gizli qalan sirləri açılacaq. Ancaq gözləntilər əbəs idi. Diqqət yetirək: Faciə ilə bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki rus qarnizonunun hərbi prokuroru anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun “qara qutu”sunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz qara qutuya yaxın buraxılmır. Bəhanə isə guya “qara qutu”nun partlayış nəticəsində əriyib sıradan çıxması göstərilib. Beləliklə, “qara qutu”nun hansı sirləri gizlətdiyini aşkarlamaq mümkün olmayıb.
Müəmmaların siyahısı bununla da tamamlanmır. Hadisədən sonra cinayətlə bağlı müxtəlif iddialar səsləndirilib. Qəzaya uğrayan helikopterə yaxınlaşan maşın karvanını görən çobanın ifadəsinin silinməsi, azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin qəza barədə müxtəlif fikirlər səsləndirdikdən sonra həbsxanada müəmmalı şəkildə ölməsi, vacib istintaq detallarının itməsi faciənin hələ də qaranlıq qalan müəmmalarıdır.
Ermənilərin havadarlarının dəstəyi ilə bu cinayətə əl atmalarında əsas məqsədləri azərbaycanlıların gözünü qorxutmaq və onların doğma yurd yerlərindən çıxıb getmələrinə nail olmaq idi. Bir neçə ildən sonra ermənilər öz niyyətlərinə çatdılar. Yenə də havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal altına almağa və bir milyondan artıq soydaşımızı tarixi yurd yerlərindən qovmmağa nail oldular. Ancaq bu “uğur” müvəqqəti idi. Qisas qiyamətə qalmadı. Müzəffər Ordumuz 44 günlük müharibəni və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatını böyük qələbələrlə tamamlayaraq düşmənin burnunu ovdu və tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycanın bütün ərazilərində bayrağımız əzəmətlə dalğalanır, bizlərə sonsuz sevinc və qürur hissi yaşadır. Təsəlli yerimiz də elə bundadır. Şəhidlərimizin, o cümlədən də Qarakənd faciəsinin qurbanlarının qanı yerdə qalmayıb. İndi onların azad ruhları azad Vətənin göylərində uçur...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

