Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

19.09.2025 [10:09]

Sentyabrın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Lənkəranda 9, Biləsuvarda 6, Sabirabadda 5, Tovuzda 4, Balakəndə 3, Zaqatala, Ceyrançöl, Ağstafa, Astarada 2, Bakı və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Xınalıq, Şəmkir, Qax, Şəki, Qobustan, Yevlax, Göyçay, Şahdağ, İmişli, Yardımlı, Lerikdə 1 millimetrədək qeydə alınıb.

Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Naftalanda 25, Goranboyda 23, Gəncədə 20 metrədək güclənir.

Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30