Müşavir: İlin sonuna ölkədaxili səfərlərin sayının 25 milyona çatacağı gözlənilir
30.08.2025 [23:25]
Bu il yay mövsümü ərzində Azərbaycanda daxili turizmdə artım müşahidə olunub. Ötən il Azərbaycanda daxili səfərlərin sayı 23 milyon idisə, bu ilin sonuna həmin göstəricinin 25 milyona çatacağı gözlənilir. Onun da təxminən 40 faizi yay mövsümünə düşür, yəni 10 milyon səfər yayda baş verir. Yay mövsümü Azərbaycanda həm yerli, həm də xarici turistlərin ən çox gəldiyi dövrdür.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.
K. Quluzadə bildirib ki, iyun-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşların təxminən 32 faizi yay mövsümündə ölkəyə səfər edir: "İlin əvvəlindən bu günə qədər Azərbaycana 1 milyon 478 min xarici vətəndaş səfər edib. Avqustun statistikasına əsasən bu rəqəmin 1 milyon 700 mini keçəcəyi proqnozlaşdırılır. Ötən illə müqayisədə təxminən 1- 2 faiz azalma qeydə alınıb. Bunun səbəbi regionda baş verən geosiyasi dəyişikliklər, münaqişələr və əsas bazarlar olan Rusiya və Hindistandan gələn turistlərin azalmasıdır. Yaxın Şərqdə qarşıdurmalar səbəbindən uçuşların vaxtı uzanıb və çətinləşib. Hazırda bərpa prosesi gedir.
Buna baxmayaraq, digər bazarlar hesabına turizmdə davamlılıq təmin olunur: Bunlar Orta Asiya, Qərbi və Şərqi Avropa, Asiya bazarlarıdır. Bunlar içərisində Pakistan və Çin istiqaməti xüsusi önəm daşıyır. Çin bazarı Azərbaycanın hazırda ən çox diqqət verdiyi istiqamətdir. Bu günlərdə “China Ready” proqramına start verilib, bununla bağlı 100 mütəxəssis hazırlanır ki, artan Çinli turistləri ölkəyə cəlb etmək mümkün olsun. Ümumilikdə dinamika müsbətdir. Körfəz ölkələrindən gələn turistlərin hesabına müəyyən artımlar da var.
İsraildən və Türkiyədən gələn turistlərdə artım müşahidə olunur. Azərbaycanın turizmdə rekord ili 2019-cu il hesab olunur. Hazırda göstəricilər demək olar ki, həmin ilin səviyyəsinə çatıb. Yalnız turist sayı bir qədər azdır. Gəlirlər və məşğulluq və valyuta göstəriciləri üzrə nəticələr rekord ilə eyni səviyyədədir".
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

