Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb
15.07.2025 [22:25]
Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub. Sözügedən reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur. Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi”ndə təmsil olunan yeganə ölkədir. Mərkəzi Asiya regionu ilə müqayisədə isə Qazaxıstanın Almata şəhərindən sonra (91-ci mövqe) Bakı şəhəri 2-ci sıradadır. Belə ki, müvafiq region üzrə reytinqə daxil olan Astana şəhəri (Qazaxıstan) 127-ci, Bişkek şəhəri (Qırğızıstan) isə 138-ci mövqedə yer alıb.
Qiymətləndirmə zamanı şəhərin arzuolunanlığı (ətraf mühit və təhlükəsizlik), əlverişliliyi (təhsil haqları və ümumi yaşayış xərcləri), tələbələrin şəhərin əhalisi üzrə payı, tolerantlıq və inklüzivliyə görə şəhərin nüfuzu, məşğulluq imkanları, “QS dünya universitetlərinin reytinqi”ndə şəhər üzrə təmsil olunan universitetlərin sayı, o cümlədən şəhərdə yaşayıb təhsil almış tələbələrin fikirləri kimi meyarlar təhlil olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

