Xüsusi tərəqqi modeli...
26.06.2025 [11:12]
Regionların inkişafında yeni səhifə
Prezident İlham Əliyevin respublikanın müxtəlif bölgələrinə səfərləri bir qayda olaraq mühüm yeniliklər, açılışlar və həmin bölgələrin inkişafına daha yüksək sürət verən amillərlə yadda qalır. Dövlətimizin başçısı hər səfər çərçivəsində yeni istehsal müəssisələrinin, iqtisadi və sosial təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərinə qatılaraq regionların inkişafı strategiyasına yeni bir səhifə qazandırır. Bu cəhətdən Prezident İlham Əliyevin regionlara son səfəri də istisnalıq təşkil etməyib. Belə ki, bəhs olunan səfər çərçivəsində dövlətimizin başçısı Yevlaxda, Goranboyda və Mingəçevirdə bir sıra mühüm tədbirlərə qatılıb.
Regional inkişaf proqramlarının uğurlu icrası
Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsləri və səyləri sayəsində dünyaya xüsusi bir inkişaf modeli təqdim edir. Bu modelin əsas özəlliyi və üstünlüyü ölkənin bütün bölgələrinin tarazlı şəkildə inkişaf etdirilməsi ilə bağlıdır. Regional inkişafa dair təşəbbüsün özəl tarixi var. 2003-cü ildə ilk dəfə prezident seçkiləri marafonuna qatılan İlham Əliyev bəyan etdi ki, dövlət başçısı seçiləcəyi təqdirdə Azərbaycanın regionlarının hərtərəfli inkişafına nail olacaq. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev bu vədinə yüksək səviyyədə əməl edib. Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunub və beləliklə də uğurlu bir ənənənin əsası qoyulub.
Ölkənin bütün regionlarının hərtərəfli inkişafını hədəfləyən müvafiq Dövlət proqramları dərindən əsaslandırılmış konseptual sənədlər olmaqla yanaşı, həm də geniş praktiki məzmuna malikdirlər. Onlar hazırlanarkən dünyadakı qabaqcıl təcrübə və müasir çağırışlar nəzərə alınıb. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan müasir dövlət kimi inkişaf etməlidir, dünyadakı ən qabaqcıl nümunələr respublikamızda tətbiq olunmalıdır. Eyni zamanda, regional inkişaf proqramları hazırlanarkən bölgələrin ənənələri, əmək ehtiyatları, insanların arzu və istəkləri nəzərə alınıb. Bütün bunlar da sözügedən Dövlət proqramlarının işlək olmasını təmin edir.
Uğurları şərtləndirən digər bir mühüm amil isə ölkə üzrə sosial-iqtisadi inkişaf proseslərinə şəxsən Prezident İlham Əliyevin Özünün nəzarət etməsidir. Dövlət başçımız inkişaf hədəfləri ilə bağlı mütəmadi qaydada təşəbbüslər irəli sürür, eyni zamanda nəzərdə tutulan layihələrin icrasına da bilavasitə nəzarət edir. Prezident İlham Əliyev ölkənin regionlarına, o cümlədən də Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə səfər edən zaman yerli sakinlərlə görüşür, sıx təmaslar qurulur, vətəndaşlar yeni sosial sifarişlər səsləndirirlər və bunlar Prezident İlham Əliyev tərəfindən mütləq dinlənilərək nəzərə alınır.
Nümunəvi aqrar təsərrüfatlar
Statistik məlumatlara görə, Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Bu baxımdan regionlarda əmək bazarının inkişafı, məşğulluğun təmin olunması müstəsna önəm daşıyır. O cümlədən regionlarda ənənələrə uyğun təsərrüfat sahələri canlandırılıb, kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük kimi əmək tutumu böyük, gəlir imkanları daha çox olan istiqamətləri inkişaf etdirilib. Bütün ölkə üzrə aqrar sektorun yeni yanaşmalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Qeyd edək ki, bəhs olunan dövrdə respublika üzrə 51 aqropark yaradılıb.
Ölkəmizdə indiyədək yaradılan aqroparkların sırasına daha bir nümunəvi təsərrüfat əlavə olunub. Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib. Ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Prezident İlham Əliyevə aqroparkın ərazisində yerləşən “Azerbaijan company for poultry development” MMC-nin və “İSFA” MMC-nin fəaliyyətləri barədə də məlumat verilib.
Səfər çərçivəsində dövlətimizin başçısı Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur.
Müasir infrastruktur quruculuğu
Müasir infrastruktur quruculuğu Azərbaycanın regional inkişaf strategiyasının mühüm istiqamətini təşkil edir. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev bütün ölkə üzrə müxtəlif infrastruktur layihələrinin icrası ilə bağlı çoxlu sayda fərman və sərəncamlar imzalayıb. Həmin layihələrin icrası sayəsində bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlətimizin başçısı regionlara son səfəri çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. Magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin ikiistiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
Son illərdə ölkə üzrə reallaşdırlan infrastruktur layihələrinin böyük bir qismi sosial təyinatıdır. Dövlətimizin başçısı regionlara bu günlərdə baş tutan səfəri çərçivəsində daha bir sosial təyinatlı infrastruktur obyektinin - Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib. Bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.
Səfər çərçivəsində Prezident İlham Əliyev həmçinin Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub. Bu kompleks Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24

