Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb

09.06.2025 [17:38]

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılıb.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Nizami rayonu olub. Burada yaşayan 100 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək, cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək, onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim mətbəx” layihəsinin veb-saytı istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31