Günəşi görmək üçün...
30.05.2025 [08:11]
Gün eynəkləri: necə, neçəyə və haradan...
Yay fəsli gələn kimi gün eynəkləri əsas aksessuarlarımızdan birinə çevrilir. Bu gün eynəklərini isə hər yerdən almaq olar - optik mağazalardan, istənilən supermarketdən, hətta adi ərzaq dükanlarından və təsadüfi ayaqüstü “alver” edənlərdən. Qiymətlər də keyfiyyətlər kimi müxtəlifdir. Pərakəndə şəkildə satılan eynəklərin əsas hissəsi xaricdən idxal olunur. Əsas amil isə bu eynəklərin göz üçün zərərli olub-olmamasıdır. Mütəxəssislər dəfələrlə qeyd edirlər ki, saxta eynəklər sözün əsl mənasında insanı kor edə bilər. Bu, ilk vaxtlar hiss edilməsə də, fəsadı bir müddət sonra özünü büruzə verməyə başlayır.
Katarakta yaradır...
Oftalmoloq Gündüz Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər bir istehlakçının eynəyi optik mağazalardan alması yaxşı olardı. Onun sözlərinə görə, şüşə eynəklər daha məqsədəuyğundur. Plastik eynəklər isə göz üçün ziyanlıdır. Belə eynəklər günəş şüalarının qarşısını almır, əksinə gözün bu şüaları daha çox qəbul etməsinə “şərait” yaradır: “Keyfiyyətsiz eynəklər, həmçinin torlu qişaya zədələyici təsir göstərir. Hətta uzun müddət bu cür eynəkdən istifadə gözdə kataraktanın yaranmasına gətirib çıxarır. Keyfiyyətsiz eynəklər gözdə xəstəliklərin yaranma prosesini daha da sürətləndirir”.
Qiymət azaldıqca...
Həkimin sözlərinə görə, əldə satılan gün eynəklərinin xam maddəsi, onun nədən hazırlandığı bəlli deyil: “Bu cür eynəkləri gözdə 1-2 dəqiqədən artıq saxlayanda adamın gözündə yorğunluq, ağırlıq yaranır, göz ağrıyır. Orta səviyyəli şüşənin hazırlanması, yəni, maya dəyəri 14-15 manata başa gəlir. Eynəyin digər hissələrini də bura əlavə etdikdə, maya dəyəri 40-60 manat arasında dəyişir. Amma 5-6 manatlıq eynəyin şüşəsinin nədən hazırlandığı bəlli deyil - plastikdən hazırlanan eynəklərin xeyirdən çox ziyanı var”.
İstehlakçıların çox vaxt şüşə eynəklərə üstünlük verdiyini deyən G.Məmmədli bildirib ki, orqanik şüşəli eynəklər də keyfiyyətlidir: “Optik mağazalarda satışda olan eynəklərin 90 faizi orqanik olur, yalnız bəzi markaların istehsalı olan eynəklərin cəmi 10 faizi şüşə olur”.
Tünd şüşələr ziyandır
Oftalmoloq qeyd edib ki, çimərlikdə, adi günlərdə, sükan arxasında ayrı-ayrı formalı və şüşəli eynəklər taxılmalıdır: “Məsələn, sürücülər üçün eynəyin “polaroid” olması önəmlidir. “Polaroid” eynəklər bir neçə saat ərzində yolda sükan arxasında olan adamın gözlərini yormur, yolu daha aydın görməsinə səbəb olur. Buna görə də sürücülər üçün “polaroid” şüşələr məsləhətdir”.
Alıcıların adətən daha tünd şüşəli eynəklərə üstünlük verməsinə gəlincə, həkim söyləyib ki, normalda şüşənin tündlüyü 60-70 faiz olmalıdır: “Daha tünd şüşəli gözlüklər gözə zərərlidir. Hətta bir az çox taxanda göz dibinin suyunu quruda bilər”.
Yaraşır, yaraşmır?
G.Məmmədli bildirib ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən eynəklər almaq məsləhətdir: “Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynatmaq lazımdır. Dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq məsləhətdir. Ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq olar.
Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin saxtalığına əmin ola bilərsiniz. Bəzi eynəklərin çərçivələri də əyri olur. Çəhrayı və narıncı rəngdə şüşəsi olan eynəklər almaq məsləhət deyil. Mavi rəngli şüşəsi olan eynəklər isə gözün Günəş şüalarını daha çox qəbul etməsinə səbəb olur”.
Kor edər...
Oftalmoloqun sözlərinə görə, keyfiyyətli gün eynəyindən istifadə gözümüzdə Günəşin yaratdığı zərərli şüalar nəticəsində erkən yaşlarda ortaya çıxa biləcək kataraktanın yaranma riskini azaldır: “Qlobal istiləşmə səbəbindən günəşli günlərin sayı və zərərli şüalar getdikcə artmaqdadır. Gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində “sarı nöqtə” xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilər. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan narahat olma, göz qapaqlarını açmada çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də keyfiyyətli gün eynəyindən istifadə vacibdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17

