Daha əlçatan və əhatəli xidmətlər üçün
13.05.2025 [10:29]
“Sosial xidmət haqqında” qanuna dəyişikliklər qəbul edilib
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurlar asanlaşdırılır və daha da konkretləşdirilir. Yeni dəyişikliklər ölkəmizin sosial inkişaf çağırışlarından irəli gələrək sosial xidmət institutunda islahatların mühüm tərkib hissəsi olmaqla, əhalinin bu istiqamətdə artan tələbatı nəzərə alınmaqla gerçəkləşib. Belə ki, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nda beynəlxalq sosial xidmət standartlarının Azərbaycanda qurulması, sosial asılılığın qarşısının alınması, inklüzivliyin təşviqi, sosial xidmətlərin genişləndirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tələblər müəyyən edilib. Bu istiqamətdə müvafiq qiymətləndirmələr aparıldıqdan sonra “Sosial xidmət haqqında” Qanuna edilən dəyişikliklər əsasında həmin tələblərin icrası üçün praktiki imkanlar yaranmış olacaq.
Dəyişikliklər nəyi nəzərdə tutur?
Əvvəlki qanunvericiliyə əsasən, sosial xidmətlər müxtəlif yaşayış məntəqələrində yaşayan insanların ünvanına və yerinə görə göstərilirdi və digər ətraf ərazilərlə əlaqələndirmədə çətinliklər vardı. Bu, daha geniş və əhalinin sosial xidmətlər kateqoriyasının ünvanlılığına mane olur, səyyar sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırırdı. Dəyişikliklərdən sonra artıq belə bir məhdudiyyət qalmır və Bakı şəhəri və digər rayon və şəhərlər, inzibati ərazi vahidlərindən asılı olmayaraq bütün vətəndaşların sosial xidmətlərdən istifadəsi üçün bütün imkanlar təmin olunacaq. Nəticədə, bu, sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq.
Qanuna edilən digər mühüm dəyişikliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və eləcə də ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunması və bu xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradılmasıdır. Bu xidmətlərin də təkmilləşdirilməsi daha geniş kateqoriya üzrə vətəndaşların sosial xidmətlərlə əhatə olunmasına səbəb olacaq.
Yeni dəyişikliklərə əsasən, subyektlər arasında müqavilə bağlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər göstəriləcək. Əvvəllər yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulurdu. Həmçinin, qanunvericilikdə asudə vaxtının səmərəli təşkil olunması ilə bağlı məsələlərdə də imkanlar artırılıb. Əvəllər bu xidmətlər yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilirdi və sosial-pedaqoji xidmətdə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikası nəzərdə tutulur, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadəsi mümkün deyildi. Yeni dəyişikliklərdən sonra, bu məhdudiyyət də aradan qalxmış olacaq.
Səmərəliliyin artırılması, keyfiyyətin yaxşılaşdırılması
Diqqətçəkən məsələlərdən biri - sosial-mədəni xidmətin əlavə olunması isə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına, bilavasitə sosiallaşmaya, cəmiyyətdə gedən proseslərə inteqrasiyasıdır. Digər vacib məqamlardan biri xidmətin keyfiyyətinin artırılmasına nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsidir ki, bu da vaxtaşırı monitorinqlərin aparılması, məsuliyyətin və cavabdehliyin daha da artırılmasına zəmin yaradacaq.
Ümumilikdə, qanunvericiliyə edilən dəyişikliklər sosial xidmətlərin sayını, əhatə dairəsini genişləndirməklə yanaşı, dövlət vəsaiti hesabına daha çox xidmətlərin göstərilməsinə imkan yaradacaq. Eyni zamanda, çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması və keyfiyyətin yaxşılaşmasına səbəb olacaq, bu sahədə ünvanlılığı, xidmətlərə əlçatanlığı təmin edəcək.
Beləliklə, “Sosial xidmət haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, vətəndaşların sosial mənafeyinə xidmət edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

