Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabirabadda insan alverinə şərait yaradan səbəblərə dair dəyirmi masa keçirilib

Sabirabadda insan alverinə şərait yaradan səbəblərə dair dəyirmi masa keçirilib

05.05.2025 [21:14]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dəyirmi masada Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil müəssələrinin müəllim və psixoloqları iştirak ediblər.

Agentliyin əməkdaşları İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və insan alveri qurbanlarına göstərilən yardımlar barədə ətraflı məlumat veriblər. Eləcə də təhsildən yayınan, baxımsız, erkən nikah və məişət zorakılığının qurbanı olan uşaqların gələcəkdə insan alverinin potensial qurbanına çevrilməsi barədə danışılıb.

Sonra iştirakçılar insan alveri hallarının aktuallığını müzakirə ediblər. Həmin halların yaranmasının səbəblərinin araşdırılması, aradan qaldırılmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31