Parlamentin Əmək və sosial siyasət komitəsində bir sıra məsələlər müzakirə edilib
29.04.2025 [18:40]
Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.
Əvvəlcə Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.
Musa Quliyev məsələ barədə danışaraq komitənin profilinə uyğun olaraq Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə dair fikirlərini bölüşüb. O bildirib ki, Əmək Məcəlləsinin 2 maddəsinə 7 dəyişiklik təklif olunur və bu dəyişikliklər tibb sahəsində çalışan işçilərin əmək münasibətlərinin və hüquqlarının təmin olunmasında, onların fəaliyyətinin yaxşılaşdırılmasında, peşəkarlığının artmasında böyük əhəmiyyət kəsb edir. O, diqqətə çatdırıb ki, dəyişikliklərdə davamlı peşəkar inkişafın (DPİ) tətbiqi, tibb işçilərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi, sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və vəzifə maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət etmək imkanı və digər məsələlər ehtiva olunur.
Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsində 4 qanuna ümumilikdə 34 dəyişiklik təklif olunur. Əmək və sosial siyasət komitəsinin qanunvericilik sahəsinə aid olan Əmək Məcəlləsinə ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikdən qaynaqlanır, unifikasiya xarakterlidir və qanunlararası kolliziyanın aradan qaldırılması məqsədini daşıyır. Şöbə müdiri qeyd edib ki, layihədə təklif olunan yeni normalar tibb mütəxəssislərinin peşə yararlılığının, onların peşəkarlığının yüksəldilməsi üçün daha çevik və effektiv üsullardan istifadəni nəzərdə tutur. Belə ki, bu dəyişikliklər peşəkar inkişaf üçün daha geniş imkanlar yaradacaq, tibb mütəxəssislərini öz üzərlərində işləməyə motivasiya edəcək və onların beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaradacaq.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən komitənin sədr müavini Elşad Musayev, üzvləri Soltan Məmmədov, Jalə Əliyeva, Səttar Möhbalıyev, Nigar Məmmədova fikir və qeydlərini bildiriblər. Fikir mübadiləsi zamanı komitə sədri Musa Quliyev qaldırılan məsələlərə münasibət bildirib.
İclasda iştirak edən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deputatların suallarını cavablandırıb.
Sonra iclasda Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb.
Komitənin üzvü Nigar Məmmədova məsələ barədə məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanın informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.
İclasın yekununda gündəlikdəki qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

