106 dəqiqə davam edən uçuş...
12.04.2025 [08:54]
Aviasiya və Kosmonavtika günüdür
64 əvvəl sovet kosmonavtı Yuri Qaqarin “Vostok” adlı kosmik gəmi ilə insan sivilizasiyası tarixində ilk dəfə fəzaya yollanmışdı. Günümüzdə bu tarix Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Bu səma əfsanəsi ona birləşdirilmiş “8K72” adlı sürətləndirici raketlə 1961-ci il aprelin 12-də SSRİ Müdafiə Nazirliyinin V elmi-tədqiqat poliqonundan start götürmüşdü. Startdan 12.5 dəqiqə sonra kosmik gəmi sürətləndirici raketdən ayrılmış və Yer kürəsinin orbitinə çıxmışdı.
Tarixdə ilk idarə olunmuş kosmik uçuş missiyası 106 dəqiqə davam etmişdi. Bu missiya insanın müasir texnologiyalarla Yer orbitinin mənimsənilməsi yolunda yeni dövrün başlanğıcı sayılır.
Beynəlxalq Kosmonavtika Günü əvvəllər ancaq SSRİ-də keçirilirdi. Amma artıq belə deyil. Belə ki, BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (“Space Probe Day”) kimi bütün dünyada qeyd olunur. Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu, bir əməkdaşlığa çevrildi...
Bu günə qədər kosmosa nə qədər insan uçub?
Kosmonavtika tarixində ilk beynəlxalq uçuş isə 15 iyul 1975-ci ildə gerçəkləşib. Uçuşa rəhbərliyi Sovet gəmisi “Soyuz-19” və Amerika gəmisi “Apollon” edirdi. ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb.
Məlumatlara görə, bu günə qədər kosmosa təqribən 517 insan uçub. Onlardan 55-nin qadın olduğu deyilir. 22 kosmonavt isə indiyədək müxtəlif şəraitdə həyatını itirib.
XXI-ci əsrdə kosmik texnologiyalarda təəccübləndirici inkişaf özünü göstərir. On minlərlə kosmik peyk Yer ətrafında fırlanır, kosmik vasitələr Aya enir və oradan torpaq nümunələri gətirir.
Azərbaycanın ilk rabitə peyki
8 fevral 2013-cü il tarixində Azərbaycan da kosmik ölkələrdən birinə çevrildi. Bu tarixdə Azərbaycanın ilk rabitə peyki “Azerspace”/“Africasat”1a geostasionar orbitdə 46 dərəcə şərq uzunluğunda istifadəyə verildi. Peyk, eyni zamanda, “Arianespace” şirkətinin Kuru kosmodromu tərəfindən də sınaqdan keçirildi. “Azerspace-1”in tətbiq zonasına Avropa, Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC Qafqaz regionunda ilk peyk operatorudur. Azərbaycanın “Azerspace-2”/”İntelsat 38” geostasionar peyki isə 25 may 2018-ci il işə salındı.
Ümumilikdə, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azərspace-1” (2013), “Azərsky” (2014) və “Azərspace-2” (2018).
“Azerspace-1” Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya, həmçinin “Azersky” bütün dünyaya, o cümlədən “Google” kimi iri amerikan şirkətlərinə telekommunikasiya xidmətləri göstərir.
Qeyd edək ki, Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq. Peyklə bağlı keçirilmiş tenderdə Avropa, Asiya və ABŞ-dn 20-dən çox şirkət iştirak edib. Onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Beləliklə, Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

