Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib
11.02.2025 [22:15]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 11 gənc təcrübə mübadiləsi üçün Türkiyəyə yola salınıb. Onlardan 8-i Antalya, 3-ü isə Ankara şəhərində beynəlxalq könüllülük təcrübəsi keçəcəklər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Agentliyin Türkiyənin Fiziki məhdudiyyətli şəxslərin dərnəkləri federasiyası ilə icra etdiyi birgə layihə və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə imzaladığı memorandum əsasında Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Sədr bildirib ki, agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 129 şəxsə xidmət göstərilir.
Layihə 2017-ci ildən bu günədək icra olunur. Ötən dövrdə 20 nəfəri Vətən müharibəsi əlili olmaqla, mərkəzin 173 yetirməsi Türkiyəyə təcrübəyə göndərilib. Əlilliyi olan gənclərin sosial reabilitasiyası üçün davamlı tədbirlər həyata keçirilir. Həmin proqram sosial reabilitasiya və sosial dəstək baxımından xüsusi əhəmiyyət daşıyır.
Türkiyədə müvafiq peşə dərnəklərində təcrübə kurslarına yola salınan gənclər 3 ay ərzində orada qalacaqlar.
Qeyd edək ki, mərkəz tərəfindən ötən dövrdə başqa layihələr də həyata keçirilib. Mərkəzdə peşə öyrənən iki gənc Niderlandda keçirilən The Art of Wellbeing (sağlamlıq sənəti) Gənclər Mübadiləsi layihəsində iştirak edib. Mərkəzin bir yetirməsi isə Niderlandın Lunteren şəhərində 2 aylıq iş təcrübəsində olub.
Layihələrin məqsədi inklüziv metodları və vasitələri öyrənmək, mədəniyyətlərarası bilik və qabaqcıl təcrübələri bölüşməkdən ibarətdir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

