Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zərdabda yeniyetmənin Kür çayında batması ehtimal olunur, dalğıclar axtarış aparırlar

Zərdabda yeniyetmənin Kür çayında batması ehtimal olunur, dalğıclar axtarış aparırlar

25.12.2024 [20:16]

Zərdabda 13 yaşlı yeniyetmənin Kür çayında batması ehtimalı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən axtarışlar davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal olunur. Azyaşlının atasının sözlərinə görə, ötən gün səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu və hüquq mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda azyaşlının axtarışları davam etdirilir.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31