Bağçalarda 13 min nəfər üçün diaqnostik qiymətləndirilmə keçirilib
29.10.2024 [13:02]
Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilib. İlk dəfə keçirilən diaqnostik qiymətləndirilmədə 13 min nəfərə yaxın tərbiyəçi-müəllim iştirak edib.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, diaqnostik qiymətləndirilmənin məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçündür: “İlk növbədə, qeyd edək ki, mərkəzləşmiş qaydada işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
Prosesin test mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məktəbəqədər təhsil səviyyəsinin daha da yüksəldilməsi baxımdan böyük əhəmiyyətə malikdir. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyət ildən-ilə yenilənən və inkişaf edən dövrün tələblərinə uyğunlaşmalıdır. Bu isə son nəticədə təlim-tədris prosesinin keyfiyyətini artırmış olacaq. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib və seminarlar təşkil olunub. Məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti - tərbiyəçi-müəllim və metodistlər üçün 2024-cü ilin iyulun 22-si və avqustun 29-da onlayn sınaqlar həyata keçirilib. Bununla yanaşı, Təhsil İnstitutu tərəfindən pedaqoji heyət üçün 6 onlayn seminar keçirilib. Keçirilən təlimlər və sınaqlar pedaqoji heyətin diaqnostik qiymətləndirilməyə hazır olmaları üçün xüsusi mərhələdir. Onlayn sınaqlar tərbiyəçi-müəllimlər və metodistləri bir növ prosesə hazırlayaraq onların diaqnostik qiymətləndirilmə prosesinə daha hazırlıqlı olmalarına şərait yaratdı. Bu praktik addımların daha da artırılması və təkmilləşdirilməsi qarşıda duran hədəflərdəndir. Bütün bu tədbirlər dünya təcrübəsinə əsaslanaraq, məktəbəqədər təhsil sahəsində innovativ siyasət yürüdən ölkələrin ənənəsindən bəhrələnərək həyata keçirilir. 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub”.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

